yüklənir...
yüklənir...

İctimai quruluşun qaranti


İctimai quruluşun qaranti



Vətən,vətəndaş, bir də vətənpərvər sözü var.
Vətən-adamın doğulduğu və boya catdığı yer, ana yurdu;
Hüquqda- vətəndaşlıq, fəaliyyət qabiliyyəti, hüquq qabiliyyəti,hüquq sübyekti;
Vətənpərvərlik-əsas məzmunu Vətənə məhəbbət və sədaqətdən, bütün fəaliyyəti ilə onun mənafeyinə xidmət etməkdən ibarət əxlaqi və siyasi prinsip, ictimai hiss.
İnsanı insan kimi dünyaya gətirən valideyn, yaşadan Vətəni və inkişafına sürət verən ictimai iqtisadi quruluşdur. Bəs ictimai quruluşun qarantı nədir, kimdir və hansı dahi ola bilər? Bu insanların dinc həyat sürməsinə imkan verə bilən düşünülmüş elmi-siyasi nəzəriyyələrdir. Zorakılıqla ictimai quruluşuşu saxlamaq, onu idarə etmək, faydalı həyat şəraiti yaratmaq mümkünzüzdür. Bəs mümkünsüzü mümkün ermək üçün nəyə əsaslanmaq lazımdır? Bu elmi kəşfdir. Yəni ictimai quruluşu elmi kəşfsiz İnkişaf etdirmək mümkünsüzdür.
Elm insanlarına və onların fəaliyyətlərinə dair yazdığım məqalələr oxuçular tərəfindən rəğbətlə qarşılanır. İndi isə yazılarıma maraq göstərən oxucuların sayına diqqət ytirək.
1.”Leninizm özünü doğrultmadı” oxunub,
2.“Akad. Telman Nizamov haqqında “ oxunub,
3.”Zorakılıq davam edir” oxunub.
(Üçüncü yazı haqsız olaraq vəzifəsindən kənarlaşdırılan fəsəfə elmləri doktoru Yadigar Türkelə aiddir)
4.Telepatiyadan tutmuş qeyri səlis
məntiqə kimi” oxunub.
Düzünü deyim ki, oxunma davam edir və saylara da laqeyd deyiləm.
Bəs sayt deyilənlər nədən yazırlar?
1.“Yeni Vergilər naziri Mikayıl Cabbarov tapşırılanları da işdən qovub.” Bəh-bəh nazir qəhrəmanlıq göstərib. Xidməti minikdən isifadə etmir. Beləliklə işsizlərin sayını artırıb dövlət vəsaitınə qənaət edərək, özünü bu kimi hərəkətləri ilə saytlarda təriflədir. Neyləsə də maliyyənin idarə olunmasında Harri Trumenin yerini verməyəcək. Soruşuram, Cabbarovun mühasibatlıqda müəssisənin rüblük və illik maliyyə balanslarını hasilə gətirmək üçün istifadə edilən hasablar planından xəbəri və yaxud hansı sayda hesablar planı olduğu haqda təsəvvürü varmı?
2.”Turan” informasi agentliyinin direktoru Mehman Əliyevə məsuliyyət hissini aşılamağa çalışan ali dövlət məmuru cavab verə bilərmi, necə oldu ki, Prezident bu işə müdaxilə edəndən sonra M.Əliyev haqlı çıxdı?
Daha bir acı fakt - hansı səbəbdən 1975-ci ildən texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, ABŞ-ın Corciya Univesitetinin professoru Rafiq Əliyev respublikanı tərk edib ABŞ-da məskunlaşdı?
3.Səlahiyyətli ali şəxslərdən soruşuram, nazirlərin,icra hakimiyyəti başçılarının, İnstitut rektorlarının və dövlətdə vəzifə tutan və sair şəxslərin beynindən aristotal məntiq nə vaxt silinəcək?
3.Tutu quşlarına bənzər, bir birilərini təkrarlayan saytlar xəbərlərdə nəyə üstünlük verirlər? Stalinin başındakı tükləri sanamaqla oxucuları təəccübləndirməyə çalışırlar. Qısaca onun deyə bilərəm ki, bu saytlar V.V.Jirinovski kimi saqqızları qurtarıb...nəyisə çeynəyirlər.
Adolf Hitler müharibədə şücaət göstərən hərbçilərini dəmir xaçla, Sovetlər birliyi isə Lenin ordenı və 5 qramlıq beş guşəli qızıl ulduzla şərəfləndiridi. İ.V.Stalin və L.İ.Brejnev isə boğazlarından tutmuş qurşaqlarına kimi ittifaqda nə qədər orden və medal varıydısa hamısıyla özlərini bəzəmişdilər. Bunlar bu gün sosializm quruculuğu adıyla bütün dünyanı Hitler kimi qan çanağına çevirən və məcburi qaydada özlərinə söylənən süni,saxta təriflərlə xatırlanan varlıqlar olmuşlar.Həmin şəxslər haqqında lazımsız, zəhlə tökən araşdırmaları qəbul edib oxucuları təəccübləndirməyə çalışan sayt sahibləri səviyyəsizliklərini, yazarları isə bilgidən kasıb olduqlarını sübuta yetiriblər.
Bəs kimdən, nədən yazmaq lazımdır?
1.Bütün Avropada, Böyük Orta Asiyada, Afrika qitəsinin şimalında və ABŞ-da bir siyasi lider kimi sayılıb ,şəxsiyyət kimi qəbul edilən və müstəqil Azəbaycanı güclü bir dövlət kimi nəzərlərə çatdıran, 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili elan edərək Azərbaycanın şərəfli tarixinə adekvat Sərəncam verən, dönməz, sağlam əqidəsi və əzmkarlığı ilə tanınan İlham Heydər oğlu haqqında yazmaq lazımdır.
Heydər ƏLİYEV demişdir: “Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”.
2.Xalqı üçün elmi kəşfiylə xoş güzaran yaradan Şəfaət Fərhad oğlu Mehdiyevdən yazmaq lazımdır. Ondan bir sitat:”Həyat xalq ücün yazıb-yaradan, heç bir fəxri adda,yüksək mükafatda gözü olmayan şəxsiyyətləri sevir, onlara yenilməz bir heykəl qoyur. Bu heykəlin adı- Xalq Məhəbbətidir.”
3.Azərbaycan Milli Elmlər Akademiyanın və bir necə Benəlxalq Akademiyanın akademiki-fizika-riyaziyyat elmləri doktoru professor,SSRİ ixtiraçısı,Azərbaycan Dövlət mükafatı laureatı Arif Mir Cəlal oğlu Paşayev haqqında yazmaq lazımdır.
Akademik Arif Şəfaət oğlu Mehdiyev yazır: Etiraf etmək lazımdır ki, akademik A.M.Paşayev Azərbaycanda ilk dəfə olaraq müasir dünya standartlarına uyğun, təhsil, elm və istehsalatın vəhdətini nəzərdə tutan ali təhsil ocağı yaratmışdır.
4.İctimai xadim, Azərbaycan Respublikası EA ahademiki, SSRİ Dövlət mükafatı laureatı,SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-75), Beynəlxaq Nehru mükafatı laureatı, Azərbaycan uğrunda Kremldə N.S.Xruşşovla üzbəüz olub,haqqı,ədaləti ona anlatmağa çalışan Mirzə Əjdər oğlu İbrahimov haqqında yazmaq lazımdır.
O, Azərbaycanın düşmənlərinə M.S.Qabacovun iştirak etdiyi məclisdə deyib: “Hələ qədimdə müdriklər deyiblər ki, Allah adamı məhv etmək istədikdə birinci növbədə onun ağlını əlindən alır”.
5.Texnika elmləri doktoru ola-ola ağranomluq sahəsinə əl qatıb ozonu taxılcılığa tətbiq edib taxılın məhsuldarlığını 15% artıran və bir sıra dəyərli elmi-texniki ixtiralarına görə “Mühəndislik rəşadəti” qızıl medalına layiq görülən,çətin günümdə mənə dayaq olan Azərbaycan Milli Aviyasiya Akademiyasının akademiki Telman İnayət oğlu Nizamov haqqında bir qədər ətraflı.”Praktiki olaraq,yaratdığımız hidroakustik məlumat sistemlərinin köməyi ilə Xəzər dənizinin şelf zonasında, “Bahar” yatağında neft-qaz borularının vəziyyəti və Kür çayının dibi öyrənilmişdir.
Aparılan elmi axtarışların və yaradılan hidroakustik aparatların nəticəsi olan “Sualtı kompleks işlər və onun tətbiqi” 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görüldü”.

T.Nizamov yazır: Öncül ol ağılda, dərin dərkində,
Əzizlə qəlbində vüqarla yaşa.
Ulu ol durumda,gərgin ömründə,
Fəhminlə dönəmdə varınla yaşa.
“Parafinin qarşısını almaq məqsədilə hazırladığımız reagentdən 1995-ci ildə “Ələt” yatağının mədənlərində istifadə edilmişdir. Bu işlər genişləndirildi və növbəti mərhələdə parafin və hidratın əmələ gəlməsinə qarşı istifadə olunan, yüksək faydalı iş əmsalına malik avtomatik elektrik qızdırıcı qurğusu yaradıldı. “BAİL-1” adlandırılan bu qurğuya Respublikanın və Rusiya Federasiyasının10-a qədər patenti alınmışdır. Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin “28 May”, “Bulla-dəniz”, Nəriman Nərimanov adına Neft- Qaz Cıxarma idarələrinin mədənlərində bu qurğulardan istifadə olunmaqdadır.”
Ürək dostu yazır: Tərlansan elminin oylaqlarında,
Ulusan vətənin torpaqlarında.
Beləliklə ictimai quruluşun qarantı idarə etmədə və siyasi bilgidə əsrlə qabağı görə bilən, elmi kəşfləri və dəyərli ixtiraları ilə xalqına xoş güzəran gətirən vətənpərvər elm insanlarıdır.

Quliyev Elxan Sarı oğlu.

скачать dle 10.6фильмы бесплатно

Tarix:10-02-2018, 12:14
Oxunub:21 868


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti