yüklənir...
yüklənir...

Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır

Qarşıdakı seçkilərdə İlham Əliyevin qalib gələcəyini bu gün tam əminliklə qeyd etmək olar.



Artıq dünəndən ölkəmizdə prezident seçkilərinin günü bəllidir. Aprelin 11 də Azərbaycanda növbədənkanar prezident seçkiləri keçiriləcək. Növbədənkanar seçkilərin dəqiq günü bəlli olandan bir neçə saat sonra Azərbaycanda ən böyük sosial qurum olan Həmkarlar İttifaqları Konfederasiyası ölkə prezidentliyinə İlham Əliyevin namizədliyini irəli sürüb. Tək Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri deyil, bir çox ictimai, siyasi qüvvələr və sadə vətəndaşlar növbəti 7 ildə də yola cənab İlham Əliyevlə davam etməyi düşünür.
Niyə məhz İlham Əliyevlə? Çünki, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 15 ildə respublikamızda istər ictimai-siyasi sabitlik, istər iqtisadi islahatlar, istər regionların sosial-iqtisadi inkişafı, istər ordu qurucüluğu, istər təhsil, tibb, mədəniyyət, incəsənət, idman sahəsindəki uğurlarımız, istər aqrar sahənin ölü nöqtədən inkişaf mərhələsinə qaldırılması, istər qeyri-neft sektoruna daxil olan sənayenin ilbəil inkişafı, bunun hesabına isə yeni iş yerlərinin aşılması, istərsə də gənclərə, aztəminatlı ailələrə, şəhid ailələri və qazilərə, ahıl insanlara, mədəniyyət xadimlərinə, idmançılara olan dövlət qayğısı məhz Prezident İlham Əliyevin ardicil yürütdüyü daxili siyasətin uğurlu nəticəsidir.
Qarabağ məsələsində cənab İlham Əliyevin tutduğu mövqe və atdiği qətiyyətli addimlar bu illər ərzində göz önündə olub. Azərbaycanın haqqlı və prinsipal mövqeyindən bir addım belə geri çəkilmədən yürütdüyü siyasətin nəticəsidir ki, bu gün Ermənistan rəhbərliyi dalana dirənmiş vəziyyətdədir. Artiq, dünya ictimaiyyəti Ermənistan rəhbərliyinin yalanlarına inanmir. 2016-ci ilin məhşur aprel döyüşlərindəki Silahlı Qüvvələrimizin uğurlu əməliyyatları, Lələtəpə yüksəkliyinin və bir yaşayiş məntəqəsinin düşməndən azad edilməsi dünya ictimaiyyətinə göstərdiki Azərbaycan Ordusu güclüdür və istədiyi an torpaqlarını işğaldan azad edə bilər. Bu döyüşlər eyni zamanda xalqımizin dövlətə və onun ordusuna, Ali Baş Komandanına inamını artirdı.
Prezident İlham Əliyevin "Azərbaycan torpaqları danışıq predmeti ola bilməz. Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır" mötəbər fikirləri tariximizin bugünkü reallığını əks etdirir.
..."Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlamamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir." Preziden İlham Əliyevin bu bəyanatı isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının etibarlı təminatıdır. Bununla ölkə lideri xalqımızın sülhpərvər olması ilə yanaşı, torpaqlarının da düşmən əsarətində qalmasına razı olmadığını qətiyyətlə bəyan edir.
Ali Baş Komandanın başqa bir – “Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.” – qətiyyətli fikri isə xalqımızda, xüsusi ilə gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə xidmət etdi.
Bəli, Prezident İlham Əliyev bu gün ölkəmizdə siyasi sabitliklə yanaşı, həm də milli və vətənpərvərlik ruhunun, milli birliyin qarantıdır.
Cənab İlham Əliyevin ölkəmiz üçün görmək istədiyi işlər çoxdur. Onun müəllifi olduğu və Azərbaycanın gələcək inkişafı üçün başlanan böyük iqtisadi layihələr hələ tam icra olunmayıb. İlham Əliyev tərəfindən başlanan torpaqlarımızın erməni işğalından azad etmək siyasəti hələ də tam yekunlaşmayıb. Ilham Əliyevin şah əsəri olan “Regionların sosial-iqtisadi inkişafına” dair dövlət proqramı hələ tam icra olunmayıb.
Bir sözlə, hələ Azərbaycanimız üçün çox işlər görülməlidir. O işlərin isə icrasına Prezident İlham Əliyev tərəfindən başlanilıb.
Odur ki, Azərbaycanımız iqtisadi qüdrəti, Qarabağımızın işğalına son qoyulması, xalqımızın sosial rifah halının yüksəldilməsi naminə başladığı geniş miqyaslı işlərin başa çatdirilması üçün mütləq və mütləq cənab İlham Əliyevlə yola davam deməliyik!

(Davamı var)


Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır
Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır
Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır
Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır
Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır
Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır
Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır
Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır
Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazır
Prezident İlham Əliyevlə yola davam - Etibar Toğrul yazırскачать dle 10.6фильмы бесплатно

Tarix:6-02-2018, 13:02
Oxunub:7 941


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti