yüklənir...
yüklənir...

Azərbaycanın Milli Qəhramanı Fəxrəddin Şahbazovun bu gün doğum günüdür

Adı Vətənlə qoşa çəkilən oğullardan biridir Fəxrəddin Şahbazov.



Azərbaycan Odlar Yurdunun gözəlliyini neçə- necə şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar vəsf edib. Hər kəs öz işi əməli ilə ona olan sevgisini dilə gətiribdir. Amma yəqin ki, heç bir hiss onun uğrunda ölmək qədər şərəfli, qürurlu deyil. Adı Vətənlə qoşa çəkilən oğullardan biri də Şahbazov Fəxrəddin İbrahim oğludu.
O, 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-1967- ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-1971- ci illərdə hərbi xidmətdə olmuş, xidmətini başa vurduqdan sonra ali təhsilini yekunlaşdırır. 1972- ci ildən Azərbaycan Teleradio şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator vəzifəsində calışmışdır. 1988- ci illdən başlayaraq ermənilər azərbaycanlıları Dağlıq Qarabağ eləcə də, Qərbi Azərbaycan torpaqlarından zorla, silah gücü ilə cıxartması hər bir azərbaycanlını olduğu kimi Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin konüllü olaraq cəbhəyə gedir qaynar döyüş meydanlarından reportajlar hazırlayır və xalqa eləcə də xarici ölkələrə catdırırdı. Dəfələrlə təhlükəylə üzləşməsinə baxmayaraq cəbhə bölgələrinə getməyə davam edir. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər. Dinc sakinlə qətlə yetirilmiş, kəndlər yandırılmışdır. 1991- ci il noyabr ayında Azərbaycan teleradio şirkətinin bir qrup əməkdaşı cəbhə bölgəsinə ezam olundu. Hadisəni araşdırmaq ücün onlar Ağdam rayonu içtimayəti ilə respublikanın rəhbər işçilərinin görüşündən reportaş hazırlamalı idilər. Beləliklə 1991-ci il noyabrin 20- də dövlət nümayəndələri ilə Azərbacan Teleradio şirkətinin bir qrup işciləri Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna Ağdam istiqamətindən havaya qalxdılar. Çox keçmədi ki, Xocavəndin Qarakənd yaxınlığında ermənilər vertolyotu iri caplı pulemyotlardan atəşə tutdular. Vertolyot yerə düşərək parcalandı və bütün heyət həlak oldu. Şəhidlərin arasında teleoperator Fəxrəddin Şahbazov da vardı. Ermənilər onların cəsədlərini təhqir etməkdən belə cəkinmədilər. Fəxrəddin Şahbazov ailəli idi 2 övladı qalib. Bakı şəhəri Səhidlər xiyabaninda dəfn olunub. Azərbaycan Respublikasının prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhramanı” adı verilmişdir. Bakı şəhəri Məmməd Əmin Rəsulzadə qəsəbəsində ki, küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır. Onu da nəzərinizə catdırıram ki, Fəxrəddin Şahbazov ağır atletika üzrə idman ustası olub. Azərbaycanda dəfələrlə Milli Qəhrəman Fəxrəddin Şahbazova həsr olunmuş beynəlxalq turnirlər kecirilmişdir. Allah şəhidimizə rəhmət eləsin!

Qəhrəmanlarımızı unutmayaqki, unudulmayaq!


Yeganə Telmanqızı

скачать dle 10.6фильмы бесплатно

Tarix:22-01-2018, 08:32
Oxunub:13 123


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti