yüklənir...
yüklənir...

Azərbaycanın Milli Qəhrəmanınin bu gün doğüm günü

Milli Qəhrəman Həsənov Səyavuş Həsən oğlu bu gün dünyaya gəlib.



O qəhrəman idi. Sözün həqiqi mənasında qəhrəman. Amma qəhrəman olmaq ücün döyüşə qatılmamışdı, heç ağlınada gəlməzdi ki, ürəyinin səsi onu bu zirvəyə daşıyacaq. Çünki qəhrəmanlıq məşq etməklə əldə olunmayan yeganə insani kefiyyətdir. Həsənov Səyavuş şəhidlik zirvəsinə çatacağı ana qədər keçdiyi ömür yoluna birlikdə nəzər salaq. İllər sonra o tarix 20 Yanvar gününü Azərbaycan xalqı həm kədərlə, həm də qürurla anacaq və elə o tarix Səyavuş kimi yüzlərlə, minlərlə şəhidin anım günü kimi tarixə yazılacaq. Hələ bunlar sonralar baş verəcəydi. 1964- çi ilin 20 yanvar günü Şərur rayonunun Yengicə kəndində yaşayan Həsənovlar ücün sevincli bir gün idi. Həmən günü Həsən kişinin qapısını çox adam döyüb gözaydınlığı vermişdilər, çünki ailənin ekiz oğulları dünyaya gəlmişdilər. Uşaqlardan birinin adını Səyavuş o birinin adıni Ramazan qoymuşdular. Həmən gün çoxları Həcər anaya günəgün olsun böyüyüb əsgər getsinlər demişdi. Ancaq o zamanlar hec kəs bilmirdi ki, hər qəhrəman öz alın yazısı ilə doğulub və onun yazısında var idi bu şanlı yolu keçmək. Səyavuş həm mehriban, səmimi, diqqətçil, intizamlı, müəllimlərin hörmətini qazanan bir usaq idi. O hər il öz ad gününü keçirtməyi sevərdi, hər il 20 yanvar günü ailə üzvüləri və sinif yoldasları ilə öz ad gününü qeyd edirdi. Bu ənənə onun ailəsində indidə davam edir. Ailə üzvüləri hər il onun anadan olduğu gün Bakıda onun məzarının üstündə keçirirlər. Orta məktəbi kənd məktəbində səkkizinci sinifə qədər oxuduqdan sonra təhsilini Bakıda 54 saylı peşə məktəbində davam etdirir. Təhsilini bitirəndən bir neçə ay Bakı baş tikinti idarəsində ev tikmə kombinatında rəngsaz işləyən Səyavuş Stavrapol ölkəsinə hərbi xidmətə cağrılır, hərbi xidmətdə bas çavuş rütbəsinə qədər gəlir. Hərbi xidməti bitirdikdən sonra öz iş yerinə qayıdıb işləyir. O işlədiyi ev tikinti idarəsində həmişə seçilən işçilərdən olur. Ona dəfələrlə pul mükafatları verilir, Fəxri fərmanla təltif edilir. Sonra işlədiyi tikinti dəstəsi ilə birlikdə Tümenə işləməyə gedir. O tarix 1990- ci il Yanvar geçəsi. Azadlıq və mübariz tariximizin ən şanlı və ən qanlı gecəsi. 20 Yanvar hadisələrini eşidən kimi Səyavuş Həsənov ailəsi ilə birgə Azərbaycana qayidir. Bu hadisələr Səyavuşu çox sarsıdır. Bakıya qayıdaraq Xalq Hərəkatına qoşulur və bu hərakatda öncüllərin birinə çevrilir. Qarabağı erməni qəsibkarlarının hucumlarından qorumaq ücün könüllü müdafiə batalyonları yarananda ona ilk yazılanlardan biri oldu. Səyavuş Daşaltı əməliyyatında,Ağdərədə, Şuşa-Laçın yolunun açılmasında duşmənin piyada-döyüş maşınını ekipajı ilə birlikdə məhv edib, üçmıx deyilən posta düşməni qumbaralarla məhv etmişdir, Qazaxda, Goranboyda, Şuşada, Gədəbəydə uğurla vuruşur və düşmənə öz gücünü göstərmişdir. Səyavuşa ən ağır gələn Şuşanın verilməsi oldu, o özünü bağışlamırdı. 1992 –ci ildə onun olduğu dəstəyə yeni tapşırıq verilir, Qırmızıkənd düşməndən azad olunmalıdı. Dəstə kəndə doğru irəlləyirdi. Güclü atəş səsləri eşidilirdi, erməni tankı lap yaxında idi. Səyavuş qumbaraatanla tankı vurur. Erməni tankını döyüş meydanında alov bürüyür. Döyüşün gedişində onu silahı və mərmisi tükənir, döyüşün qızğın vaxtında silahsız qalan həm də yaralanan Səyavuş əlindəki qumbarası ilə düşmənin tankını məhv edir və qəfildən yerə sərilir. Vətənimizin cəsur övladı sonuncu dəfə doğma Qarabağ səmasına baxdı… Ailəli idi 2 övladı var. Övladları ataları ilə fəxr edir. Azərbaycan Respublikasının prezidenti 21 iyul 1992- ci il tarixli 69 saylı fərmanı ilə Həsənov Səyavuş Həsən oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görmüşdür. Onun ən böyük arzusu Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunmasıydı. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Qəhramanlar hec vaxt ölmürlər! Bu gün qəhraman qardaşımızın 54 yaşı tamam olur. Yeni yaşın mübarək qəhrəman qardaşım! Nur içində yatasan. Amin!
[b][/b]

Yeganə Telmanqızı

скачать dle 10.6фильмы бесплатно

Tarix:20-01-2018, 16:44
Oxunub:13 077


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti