yüklənir...
yüklənir...

Şəfəq Ağacan-Nigaran millətim

Tez –tez özümə sual verirəm görəsən nigarançılıq elə ancaq bizim millətin taleyinə yazılıb?


25 ildir torpağımız işğal altında biz nigaranıq,25 ildir yol gözləyirik.Müstəqilik amma yenə nigaraniq görəsən necə olacıq?Çünki geri dönməsini gözlədiyimiz,həlli tapılan məsələlərin ,üstü açıla biləcək cinayətin heç biri nə geri dönür ,nə məsələ həll olur nədə cinyətin üstü açılır.Nigaran qalan yenə bu yazıq xalq olur. Öz-özümüzə düşünür ki, nəyə görə milyonlarla insan öz torpağında, yurd-yuvasında kiməsə qula çevrilməlidir, qaçqın-köçkün kimi çöllərə salınmalı, qardaşın qardaş qanı axıtmasına, ananın öz balasından ayrı düşməsinə, abad şəhərlərin, kəndlərin viran edilməsinə, suyun, torpağın, mənəviyyatın zəhərlənməsinə rəvac verilməlidir? Haqlinin haqqını qaytarmaq əvəzinə, haqsıza, qaniçənə, zalıma, qatilə haqq qazandırmaq, millətimizin övladlarına qənim kəsilənləri dəstəkləmək insanlığın gələcək faciələrindən xəbər vermirmi?

Biz azəbaycanlılar bu suallar barədə çox düşünür amma nigaran olsaqda susuruq... Axı bizim də torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq qaçqın-köçkünümüz var. Kəndlərimiz, şəhərlərimiz, tarixi abidələrimiz, məzarlarımız ermənilər tərəfindən dağıdılıb, məhv edilib On minlərlə dinc sakinimiz öldürülüb, yandırılıb, şikəst olub.Amma biz gözləyirik özüdə nigarançılıqla...Dillənənə deyirlər ki,biz güclü xaqıq ,səbrli xalqiq gözləyin hər şey yaxşı olacaq.Bu milləti nigaran qoyanlar heç bir dəqiqədə olsun düşünüblərmi ki,gör neçə minlərlə insan vətəndən ,torpaqdan nigaran getdilər bu dünyadan...İnanmıram düşünələr çünki bu millətin nigarançılığı hesabına əziyyətləri hesabına onların balaları “Qalın”və”GeN”maşınlarda gəzir ,nigaran ,əzab çəkən köçkünün balası kərə yağı ilə bir loxma çörəyə möhtac qaldığı halda onların balaları səhər yeməyini Fransada ,günortasını isə İtaliyada edir.

Bunlardan çox danışırıq amma nə faydası...Yenə bizə nigarançılıq qalır...

Qeyrətinə, hünərinə güvəndiyim kişilər gözümdən düşüb. Şəhid analarının üzünə baxmağa üzüm utanır. İllərdir yuxularımda Qarabağım od tutub yanır, ha çırpınıram, çabalayıram kömək edə bilmirəm, bu gücsüzlüyümdən hönkür-hönkür ağlayıram, ağlayıram... İllərdir əllərimi Haqqın dərgahına açıb haqq diləyirəm, ədalət gözləyirəm. Haqq çağıran səsim Haqqın dərgaına çatacaqmı?!Bilmirəm?Çünki ondan da nigaranam...Deyək ki,bu məsələdə Azərbaycana mane olanlar var.Bəs yaxşı Günəşli yatağındakı faciədə itgin düşən neftçilər niyə tapılmadı?Nə qədər nigaran qalacaq onların ailəsi?Yenə deyirəm bizdə hadisə oldusa, üç gün beş gün sonra unudulur, kimlərsə cinayət işi açılır amma axırı heç kəsə məlum olmur...Son günlər hamımız nigarançılıqla itgin düşən alpinistlərimizdən xəbər gözləyirik yenə nigaranıq...Amma yaxşı heç bir xəbər eşitmirik...Axı niyə?Mənə elə gəlir buda bir qatı açılmamış cinayət olacaq...Nigarançılıq yenə bizə qalacaq. Bunu dеmək lazımdır. Niyə hər şеydən danışırlar, əsas məsələdən yan kеçirlər? Çünki qоrxurlar. Vəzifələrindən, adlarından, əllərində оlan imtiyaz-ların alınmasından qоrxurlar. Bax bu ən dəhşətli zоrakılıqdır. Yəni düşündüyünü dеyə bilmirsənsə, zоrakılığa məruzsan...

Nigaran millətim dərd çəkmək yol gözləmək yenə sənə qalacaq.Çünki torpağın işgalda,sözün işğalda,səsin işğalda...

... Dünyadakı fiziki şikəstlərin, əlillərin siyahısını tutmaq, sayını bilmək о qədər də çətin оlmaz. Amma mənəvi şikəstlərin sayını bilmək nəinki çətin, hətta mümkünsüzdür...Bax millətin səsin,sözün işğal edənlər,ana, bacılarımızı nigaran qoyanlar mənəvi şikəstlərdir.Amma gəlin birləşək bu mənəvi şikəstləri ətrafımızdan təmizləyək bəlkə onda nigaran qalmarıq.Mən Allahdan kəsmədiyim ümidimin göyərəcəyinə inana-inana gözləyirəm, inana-inana yaşayıram. Allahım sən bu millətimi nigarançılıqdan xilas elə!



ŞƏFƏQ AĞACAN
скачать dle 10.6фильмы бесплатно

Tarix:7-01-2018, 10:20
Oxunub:10 241


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti