yüklənir...
yüklənir...

Bakıda avtomobil piyadanı vuraraq öldürüb -

Bakıda piyadanın ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.



Hadisənin biri bu gün saat 08:00 radələrində Aeroport yolunda qeydə alınıb.
“Nissan” markalı avtomobil yolla hərəkət edən və kimliyi hələlik məlum olmayan 30-35 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in saytının yaydığı məlumata görə, digər hadisə yanvarın 5-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Kənan Vəliyev idarə etdiyi “JEEP” markalı avtomobillə yolu keçən paytaxt sakini Tural Mirhadıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно

Tarix:6-01-2018, 11:22
Oxunub:10 162


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti