yüklənir...
yüklənir...

Etibar Toğrul məhkəməyə verilib -

"Vetenperverler.az"-ın redaktoru, "Qızıl Qələm" mukafatçısı Etibar Toğrul Ağdam MRX-nın baş həkimi tərəfindən məhkəməyə verildi.


Etibar Toğrul məhkəməyə verilib -
Etibar Toğrul məhkəməyə verilib -
Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev Ağdam rayon Məhkəməsinə müraciət edərək saytımızın redaktoru, "Qizil qələm" mükafatçısı, on kitab müəllifi, yazıçı publisist Etibar Toğrul barəsində mülki iddia qaldıraraq ondan on beş min manat məbləğində maddi təzminat tələb edir. Səbəb olaraq baş həkim göstərir ki, guya onun şərəf və ləyaqəti Etibar Toğrul tərəıfindən alçaldılıb.
İddia ərizəsinə və məhkəmə prossesinə hazırlıqla bağlı redaktorumuz fikrini aşağıdakı kimi ifadə etdi:
"Açığı biz Vetenperverler.az olaraq ümummilli məsələlərlə bağlı daha böyük layihələr üzərində işləyirik. Əsasən bu layihələrin iştimaiyyətə təqdimatına hazırlaşırıq. Ağdam rayon xəstəxanasının baş həkimi B. Haqverdiyevin barəmdə qaldırdığı iddia məınimçün çox kiçik bir məsələdir. Mənə Ağdam rayon Məhkəməsinin Hakimi cənab Elşad Bayramovun imzası ilə göndərilmiş bildirişdə məhkəmə prosesinin 25-dekabr 2017-ci il tarixdə saat 10.35-ə təyin olunması göstərilmişdir. Həmin vaxta on dəqiqə qalmış mən məhkəmə prosesinə hazırlaşacam. Bu on dəqiqə vaxt mənimçün kifayətdir. Bu gülünc və əsassiz iddiaya mən on dəqiqədən artıq zaman sərf etmək fikrində deyiləm. Bu kimi iddialar və təzminat tələbləri ilə praktikamda çox rastlaşmışam. Hamınıza məlumdur ki, Etibar Toğrul imzası heç zaman qeyri obyektivliyə yol veremədiyindən həmişə məhkəmə salomlarını qalib kimi tərk edib."
(red: sitat- 2010-cü ildə Ağdamın sabiq icra başçısı Həsən Sarıyev də oxşar iddia ilə məhkəməyə müraciət edərək Etibar Toğruldan 350 min manat təzminat tələb etdi. Yasamal rayon Məhkəməsində 6 ay davam edən məhkəmə prosesinin sonunda Həsən Sarıyev redaktorumuzun məhkəməyə təqdim etdiyi sübutlar qarşısında çıxılmaz vəziyyətdə qalaraq iddiasın geri götürməyə məcbur oldu. )
İddia ərizəisindən göründüyü kimi baş həkim tələb etdiyi təzminatı Ağdam rayonunun Qarabağ Əlillər Cəmiyyətiinin fonduna keçirilməsini göstərmişdir.
Maraqlıdır ki, B. Haqverdiyev neçə illərdir ki, hansısa Qarabağ Qazisinə, Səhid ailəsinə şəxsi vəsaiti hesabından hər hansı yardım etmişdimi ? Çox güman ki birmənalı şəkildə xeyir etməmişdir ehtimalı daha yüksəkdir.
Sonda Etibar Toğrul bu iddianın əsassız və gülünc olduğunu sübut edən dəlilləri açıqlamadan vurğuladı ki, hər bir işin sonu nəticəni aşkar etdiyi kimi bu məhkəmə prosesinin yekun nəticəsi, hakimklərimizin ədalətli qərarları ilə sonuclanacaq. Məhkəmələrimizin ədalətli qərar qəbul edəcəklərinə inamını qeyd edən redaktorumuz bildirdi ki, daima Femidanın ədalət tərəzisinin nizamını düzgün saxlayan hakimlərimiz bu dəfədə ədalətli qərar qəbul edəcək.
Ağdamın dünənini və bu gününü əks etdirən dörd kitab(1- "Ağdamdan Ağdama", 2-"Ağdam ziyalıları-dünən və bu gün", 3-"Bu qala bizim qala", 4-"Lider rayon" və hal hazırda çap ərəfəsində olan "Uzaqda görünən şəhər") müəllifi olan, ümumilikdə isə on kitab müəllifi "Qızıl qələm" mükafatçısı Etibar Toğrul əlavə olaraq bildirdi ki, "mən həmişə ziyalılarımıza hörmətlə yanaşmışam və heç bir ziyalımızın şərəfinə toxunacaq bir cümlə belə işlətməmişəm. Bunu Etibar Toğrul sevərlər daha gözəl bilir."

Etibar Toğrul məhkəməyə verilib -
Etibar Toğrul məhkəməyə verilib -
Etibar Toğrul məhkəməyə verilib -скачать dle 10.6фильмы бесплатно

Tarix:18-12-2017, 21:09
Oxunub:10 731


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti