yüklənir...
yüklənir...

VETENPERVERLER.AZ-ın yeni layihəsi-

Vetenperverler.az saytı artıq iki ildir ki, elektron media sahəsində fəaliyyət göstərir.


Saytın yaranmasında məqsəd vətənpərvərlik, dövlət və dövlətçilik ideyalarının təbliği, tariximizin qanla yazılmış səhifələrini unudulmağına imkan verməməkdir. Bu mövzuda xüsusi ilə gənclərin və yeniyetmələrin maarifləndirilməsi məqsədi ilə silsilə yazılar, reportajlar hazırlayaraq saytımızın səhifələrində yerləşdiririk. Az bir müddət ərzində yazılarımızla saytımız geniş oxucu auditoriyası qazanmışdır.
Biz xəbər portalı olaraq tək yazılarla kifayətlənməyərək dəyər verdiyimiz ideyalarla bağlı yeni və kütləvi layihələr üzərindədə işləyirik.
Belə layihələrimizdən biri də qarşıdan gələn 2018-ci ilin divar təqvimidir. Həmin təqvimi ilin on iki ayına bölərək hər ayı bir səhifədə verməklə aylar üzrə dünyaya gəlmiş Azərbaycan tarixinə dahi şəxsiyyətlər kimi həkk olan, azərbaycanımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş və sıralarımızda olan Milli Qəhrəmanlarımız, eyni zamanda dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən günlərimizi xüsusi qeyd etməklə tərtib etmışık. Təqvimdə ümumilikdə 211 Milli Qəhrəmanımızdan 167-sinin barəsində məlumat və fotoları yerləşdirilmişdir.
Bu addımımızla məqsədimiz Ali və Ümumitəhsil müəssisələrində, hərbi hissələrdə və cəza çəkmə müəssisələrində vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğinə xidmət etməkdir.
"VETENPERVERLER.AZ"- bildirir ki bu layihə hələ son deyil. Bizi gələn ilk yarım ildə üç layihə planlaşdırmışıq ki, bunlarda “Bakı 20 Yanvar-Azadlığa gedən yol”, “Xocalıya Ədalət və don vurmuş uşaqlıq” və “100 yaşlı ordumuz” kimi vətənpərvərliyi təbliğ edən layihələrimizi içtimaiyyətə təqdim edəcəyik.

VETENPERVERLER.AZ

VETENPERVERLER.AZ-ın yeni layihəsi-
скачать dle 10.6фильмы бесплатно

Tarix:18-12-2017, 14:54
Oxunub:10 458


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti