yüklənir...
yüklənir...

Həmyelimiz Ukraynada Federasıya prezidenti seçildi

Tanınmış həmyerlimiz Burzu Əliyev Ukrayna Alpaqut Federasiyasının prezidentidir.


Həmyelimiz Ukraynada Federasıya prezidenti seçildi

Turan döyüş növü olan Alpaqut idmanı dünyada geniş yayılmaqdadıır. Bu günlərdə ölkəmizin paytaxtı Bakı şəhərində baş tutan Alpaqut döyüş idman növü üzrə Dünya Kubokunun yüksək səviyyədə keçirilməsi Azərbaycanımızin idman ölkəsi olmasının bir daha subutudur.
Bu gün isə daha bir şad xəbər almışıq. Belə ki, Ukraynada yeni yaranmış Alpaqut Federasiyasının prezidenti postuna həmyerlimiz seçilib. Ukrayna Alpaqut Federasıyasının prezidenti seçilən Burzu Əliyevi geniş təqdim etməyə bir o qədər də ehtiyac yoxdur. Beləki, Burzu Əliyev Ukraynada Azərbaycan diasporasının yaradıcılarından biri kimi tanınir.
Qeyd edək ki, Burzu Xanqulu oğlu Əliyev 1965-ci ildə Qarabağın ən dilbər güşələrindən olan Ağdam rayonunun Gülablı kəndində doğulub. Ailənin beş uşağından biri idi. Səkkizinci sinfi Gülablıda başa vuraraq, təhsilini Bakıda riyaziyyat - fizika təmayüllü məktəbdə davam etdirib. Orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarına çağırılıb, Ukraynanın Lvov vilayətində hərbi xidmət keçib. Elə o dövrdən onda Ukraynaya bağlılıq yaranıb, əsgər şinelini tələbə geyiminə dəyişib. O, Sovet İttifaqının, eləcə də Ukraynanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Kiyev Politexnik İnstitutunu, 2001-ci ildə isə Kiyev İqtisadiyyat Akademiyasını bitirib. Ukraynada 2006-ci ildə keçirilən parlament seçkilərində deputat seçilib və 2007*ci ilin əvvəllərində Ukrayna Respublikasının Yanacaq və Energetika nazirinin müavini kimi yüksək vəzifəyə təyin olunub. Bu vaxta qədər isə Ukraynadakı "ACME" şirkətinin maliyyə departamentinin rəhbəri vəzifəsində çalışıb.
Burzu Əliyevin Ukrayna Alpaqut Federasiyasının prezidenti seçilməsi Ukrayna Respublikasında qədim turan döyüş növü olan alpaqut idmanının inkışafinda dönüş yaradacaq.
Həmyelimiz Ukraynada Federasıya prezidenti seçildi
"VETENPEVERLER.az" xəbər portalı olaraq vətənpərvər həmyerlimiz Burzu Əliyevi Ukrayna Alpaqut Federasiyasının prezidenti seçilməsi münasibəti ilə təbrik edir, onu bu sahədə böyük uğurlar arzu edirik. İnanırik ki, Burzu Əliyevin rəhbərliyi ilə Ukrayna Alpaqut Federasiyası gələcəkdə böyük uğurlara imza atacaq.
скачать dle 10.6фильмы бесплатно

Tarix:30-11-2017, 15:56
Oxunub:10 199


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti