yüklənir...
yüklənir...

Şəhid qızını öldürən tapılmır-

Noyabrın 8-də Bakının Səbail rayonu ərazisində yerləşən Bayraq Meydanı yaxınlığında 90 FO 007 dövlət qeydiyyat nişanlı Grand Cheroke Jeep markalı avtomobillə 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vuraraq həyatdan məhrum etmiş şəxsin kimliyi gizlədilir.



Bu haqda Amerikapress.com saytına Könül Əkbərovanın anası Bəsdi Qədimova məlumat verib.

Məlumatda bildirilir ki, bu avtomobil məmurlardan birinin övladına məxsusdur.

Bəsdi Qədimova bu qəzanın Səbail RPİ-nin İstintaq İdarəsinin müstəntiqi Vüqar Abbasov tərəfindən araşdırıldığını deyib. O, istintaqın gedişindən narazı olduğunu, cinayət törətmiş şəxsin gizlədildiyini bildirib.

Bəsdi Qədimova ölkə başçısı İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edərək, qızının ölümü ilə nəticələnən qəzanı törətmiş şəxsin cəzalandırılmasını tələb edib.

Bəsdi Qədimovanın video-müsahibəsini təqdim edirik:


скачать dle 10.6фильмы бесплатно

Tarix:27-11-2017, 15:52
Oxunub:10 482


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti