yüklənir...
yüklənir...

Şəhid Şülan Bayramovun xatirəsi anıldı -

Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə aprel şəhidi Şulan Bayramovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.[/b

]

[b]Vetenperverler.AZ-ın Dünya TV-yə istinadən verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra isə vətən uğrunda şəhid olan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, Şulan Bayramov 1996-cı ilin iyulun 28-də Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub. Əsgər Şulan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


скачать dle 10.6фильмы бесплатно

Tarix:25-11-2017, 08:18
Oxunub:10 169


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti