yüklənir...
yüklənir...

İcra Hakimiyyətinin şöbə müdirini niyə bıçaqladılar? – SƏBƏB

"Ərazi idarəetmə şöbəsinin müdiri Nizaməddin Əmrullayevin vəziyyəti normaldır. Quba xəstəxanasının baş həkim əvəzi Əlyar Sərvərovunverdiyi məlumata görə, xəstənin həyatı üçün ciddi heç nə yoxdur”.



Bunu Modern.az-a açıqlamasında Qubadan seçilən deputat Vahid Əhmədov rayon İcra Hakimiyyətinin şöbəsinin müdirinin bıçaqlanmasından danışarkən deyib.

O, bildirib ki, hadisə mübahisə zəminində baş verib.

"Mənə verilən məlumata görə, bıçaqlanma hadisəsi torpaq məsələsi üstündə yaranıb. Belə ki, Əmrullayevlə yerliləri arasında torpaq üstündə mübahisə yaranıb. Sonda mübahisə qarşı tərəfin şöbə müdirini bıçaqlanması ilə nəticələnib”.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin (RİH)Ərazi və idarəetmə şöbəsinin müdiri Nizaməddin Əmrullayev dünən bıçaqlanıb. Dərhal xəstəxanaya yerləşdirilib. Nizaməddin Əmrullayevi Nügədi kənd sakini Şakir Mədətovun bıçaqladığı açıqlanıb. O, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно

Tarix:12-09-2017, 15:15
Oxunub:10 184


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti