yüklənir...
yüklənir...

DİN-inin Polkovniki Ağa Məmmədovun BƏY-lik səltənəti-

Polis haqqında Azərbaycan Respublikası qanununun 32-ci maddəsinin 1-ci bəndində yazılıb :


- Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz".
Ancaq çox təəssüflər olsun ki, bəzi yüksək rütbəli Polis əməkdaşları var ki, onların kommersiya sahəsində qazandıqları milyardlarla hesaba gəlmir. Bəli DİN-i cənab Ramil Usubov bu kimi hallar barədə dərhal ölçü götürərək onları polis sıralarından xaric edir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının harınlamış məmurlar və onların övladlarına qarşı sərt cəzalar tətbiq edilməsi tələbi ilə bağlı çıxışları və bir çox məmurların layiqincə cəzalandırılması cəmiyyətdə bir daha dövlətimizə və dövlətçiliyimizə böyük ümid və inam yaradır. Ancaq çox təəssüflər olsun ki, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi idarəsinin bu sahədə püxtələşmiş Polkovniki də var ki öz çirkin əməllərini ustalıqla ört basdır edərək cənab nazir Ramil Usubovu və Möhtərəm Prezidentimizi aldadır. Dövlət Yol Polisi Polkovniki Ağa Məmmədovun Bakı şəhərində olan biznes bazaları və onları necə hansı yollarla ələ kçirib özününküləşdirməsi barədə VETENPERVERLER.Az artıq araşdırmalara başlayıb.
Cənab polkovnikin, Badamdar qəsəbəsi, 2-ci yaşayış şosesində ümumi dəyəri 3.000.000 (üç milyon) manatdan çox olan qeyri yaşayış sahəsini, həmin şossedəki 151 A ünvanındakı ümumi dəyəri 3.000.000 (üç milyon) manatdan çox olan 3 mərtəbəli xüsusi layihəli villası, həmin villaya bitişik tikilmiş, ümumi dəyəri 5.000.000 (beş milyon) manatdan çox 4 mərtəbəli qeyri yaşayış binasını tikdirməsi artıq səthi araşdırmalarımızda ortaya çıxdı. Hansı ki, həmin qeyri yaşayış sahəsi hazırda "NB Lazur" klinikası olaraq fəaliyyət göstərir. Bundan əlavə, Yasamal rayonu Ələkbər Ələskərov küçəsi 19 ünvanında yerləşən "Miracle" turizm şirkətini və Aqata gözəllik salonunu, həmçinin Lexsus 570 markalı, Toyota markalı və Mercedes markalı ən son model avtomobillərdə məhz DİN-nin DYP-i Polkovniki Ağa Məmmədova məxsus olması faktı da araşdırmalarımızda ortaya çıxdı. Maraqlı olan bir halda var ki, Polkovnik Ağa Məmmədovun bu qədər kapitalı əldə etməsi bəzi qara əməllərə soykənir. Belə ki, Bakı şəhərində çoxlarını aldadaraq etibarından sui istifadə etməklə dələduzluq edib, xüsusi küllü miqdar pullar mənimsəyən polkovnik necə deyərlər dələduz əməllərini ört-basdır etmək üçün "QURBANLIQ"edəcək şəxsidə müəyyənləşdiribmiş. Bu gün Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində sözün əsil mənasında özünü dəliliyə qoymağa məcbur edilən bir azərbaycan qadınının da cənab Polkovnikin milyardlıq səltənətinin qurbanı olması faktı da Vetenperverler.az tərəfindən araşdırılır. Polis polkovnikinin dərman ticarəti adı ilə bir neçə iş adamı olan qadınları aldadaraq külli miqdar pullarını mənimsəməsi və bu əmllərini ustalıqla ört basdır etməsinin bütün icəliklərini elə həmin qadınların özləri Vetenperverler.az-a danışdı.
DİN-nin Polkovniki Ağa Məmmdovun qurbanına çevirilərək külli miqdarda pulları əllərindən çıxmış qadınlar Vetenperverler.az-a tükürpədici faktlar açıqladılar. Polkovnikin "KİRİŞALIĞI" altında fəaliyyət göstərən gözəllik salonlarında baş verən iyrənc və azərbaycanlılığa sığmayan əməllərin başında məhz Ağa Məmmədovun durması doğrusu bizə çox da inandırıcı görünmədi. Bu səbəbdən də Vetenperverler.az-ın əməkdaşları şikayətçilərin təqdim etdiyi faktları artıq araşdırmağa başlamışlar.
Bütün bunlardan başqa şəhərin bir neçə yerində bahalı mənzillər, nüfuzundan istifadə edərək rayonlardan torpaq sahələri əldə etmiş Polkovnikin cənab nazir R. Usubovun etimadından sui istifadə edərək sırf maddi marağını və biznes sahələrini genişləndirmək yönümündə işləməsi artıq açıq-aşkar ortadadır. Vetenpervler.az-ın əməkdaşları Polkovnikin səltənətinin qurbanı olmuş qadınların rəsmi müraciətləri əsasında araşdırmaya başlamışlar.
Vetenperverler.az olaraq məsələ diqqətimizdədir. Araşdırmalarımızın nəticələri barədə sizləri məlumatlandıracağıq.
Yazıda adı çəkilən şəxs və qurumların yazı ilə bağlı rəsmi münasibətini dərc etməyə hazırıq.
скачать dle 10.6фильмы бесплатно

Tarix:22-08-2017, 00:31
Oxunub:10 499


Xəbər lenti