yüklənir...
yüklənir...

Lənkəranda polis əməkdaşları qəzaya düşdü - 5 YARALI

Lənkəranda baş verən yol qəzasında xəsarət alanlardan 4-ün kimliyi məlum olub.


Vetenperverler.az xəbər verir ki, bu, Masallı rayon sakinləri, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov, 1986-cı il təvəllüdlü Əlizamin Rızayev, 1983-cü il təvəllüdlü Elşad Məmmədov, 1988-ci il təvəllüdlü Fərrux Niftiyevdir.

Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzaya düşən şəxslərin Masallı mühafizə polisinin əməkdaşları olduğu bildirilir.

Qeyd edək ki, bu axşam Masallı rayonunda “Mercedes” markalı avtomaşının dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alıb. (APA)
скачать dle 10.6фильмы бесплатно

Tarix:3-08-2017, 11:59
Oxunub:318


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti