yüklənir...
yüklənir...

Sevindik Hətəmovun "perepiska əməliyyatı": İcra başçısı ilə müavin arasında qalmaqal böyüyür - TƏCİLİ

Salyanın icra başçısı Sevindik Hətəmovla “Mirana-Aston Villa” MMC adlı şirkət arasında 100 min manalıq "razborka" yaranıb.


Bu barədə Bakunews.az-a daxil olan məlumatlarda bildirlir ki, bir müddət əvvəl icra başçısı sözü gedən şirkət vasitəsilə 100 min manatlıq "perepiska əməliyyatı" həyata keçirib. 100 min manatın 20 min manatı şirkətə, 80 min manatı isə Sevindik Hətəmova çatmalı imiş. Lakin şirkət həmin məbləği icra başçısına ödəməkdən imtina edib. Bu Sevindik Hətəmovun Yardımlıdan Səlyan rayonuna icra başçısı vəzifəsinə "transfer" olunmasından sonra baş verib.

Çünki 100 min manatlıq "əməliyyat" Sevindik Hətəmovun Yardımlıda icra başçısı olduğu vaxta təsadüf edir. O zaman icra başçısı rayonda bayram ərəfəsində “atəşfəşanlığı”nın təşkili və həyata keçirilməsi üçün şirkətin hesabına 100 min manat vəsait köçürüb. Əslində Sevindik Hətəmov büdcə vəsaitlərinin talamaq üçün bü cür üsullardan istifadə edib. Lakin Sevindik Hətəmovun qəfil Yardımlıdan Səlyan royonuna icra başçısı təyin edilməsi, onun planlarını alt-üst edib. Bundan istifadə edən şirkət isə icra başçısına çatası olacaq vəsaiti mənimsəyib. Hazırda icra başçısı ilə şirkət arasında vəsaitin alınması üçün ciddi qarşıdurma yaranıb.
Bundan başqa əldə etdiyimiz ən son məlumatlara görə, icra başçısı ilə müavini Rəşad arasında da ciddi narazılıqlar var. Bu narazılıqları yaradan məsələ isə alınmış rüşvətin hələdə rayon rəhbərinə çatmamasıdı...


Məsələ ilə bağlı hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно

Tarix:22-06-2017, 13:25
Oxunub:335


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti