yüklənir...
yüklənir...

Ələ keçirilən erməni kəşfiyyatçının -


Vetenperverler.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı görüntülərdə ələ keçirilən şəxsin Zaver Hovanisyan Karapetyan adlı şəxs olduğu bildirilib. Erməni hərbçi dindirilib. O bildirib ki, pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunub: "Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram.

Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.

Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik.

Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.

Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.

Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”.
скачать dle 10.6фильмы бесплатно

Tarix:21-06-2017, 16:20
Oxunub:339


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti