yüklənir...
yüklənir...

 5 gün qeyri-iş günü olacaq

Hazırda müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Bu günlərdə insanları düşündürən əsas sual Ramazan bayramı ərəfəsində neçə günün rəsmi olaraq qeyri-iş günü olacaq?



Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli açıqlama verib. A.Əli bildirib ki, bu il Ramazan bayramı və Silahlı Qüvvələr Günü üst-üstə düşdüyündən və daha öncəki günlər də şənbə və bazar gününə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı artacaq.
Nazirlər Kabinetinin sözçüsü bildirib ki, 26, 27 iyun Ramazan bayramı münasibətilə qeyri-iş günüdür: “Lakin ayın 26-da həm də Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd ediləcək. 26 iyun tarixində iki bayram üst-üstə düşdüyü üçün 28 iyun da bayram günü olacaq. 24, 25 iyun tarixləri isə şənbə-bazar olduğundan 5 gün ard-arda qeyri-iş günü olacaq”.
Beləliklə: 24, 25, 26, 27 və 28 iyun qeyri-iş günüdür!скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-06-2017, 14:05
Oxunub:820


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti