yüklənir...
yüklənir...

 Bir milyon manatdan çox dələduzluq etməkdə təqsirləndirilən şəxsə Hökm oxunub-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə H.Allahverdiyevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gələrək, onun barəsində 1 saylı Respublika Psixatiriya Xəstəxanasında məcburi müalicə təyin edilib.
İttiham aktına əsasən, H.Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib.
Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib.
H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.скачать dle 10.6фильмы бесплатно

Tarix:21-06-2017, 13:45
Oxunub:318


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti