yüklənir...
yüklənir...

Baş nazirdən magistratura imtahanları ilə bağlı mühüm qərar - Bir mərhələ olacaq

Nazirlər Kabineti Baş nazir Əli Əsədovun Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərarını şərh edib.

Nazirlər Kabinetindən VETENPERVERLER.AZ-a bildirilib ki, dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, qərar magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Hazırda isə imtahanlar iki mərhələdə aparılır:

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:13-01-2020, 21:27
Oxunub:56


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti