yüklənir...
yüklənir...

MSK bələdiyyə seçkilərinin nəticələrini təsdiqləyib

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.

vetenperverler.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də baş tutub.

MSK sədri qeyd edib ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib: “Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olmaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb.

Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Dekabrın 23-də seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub (səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib). Seçilənlərin 72,5 %-nin partiya mənsubiyyəti var”.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-01-2020, 20:53
Oxunub:57


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti