yüklənir...
yüklənir...

MSK sədri: "Deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır"

"Sosial şəbəkədə təşviqatın aparılması Seçki Məcəlləsində nəzərdə tutulmayıb".

VETENPERVERLER.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

"Sosial şəbəkələr bugünkü həyatımızı əhatə edir. Hesab edirəm ki, deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır. Seçkiqabağı təşviqat qanunvericiliyə görə, yanvarın 17-dən başlayacaq. Ondan əvvəl isə təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”, - MSK sədri qeyd edib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-01-2020, 02:22
Oxunub:71


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti