yüklənir...
yüklənir...

YAP üzvü namizədliyini geri götürdü

64 saylı Sabirabad ikinci Seçki Dairəsindən fərdi qaydada deputatllğa namizədliyini irəli sürmüş Nuranə Şixəliyeva namizədliyinin geri götürülməsi ilə bağlı ərizə verib.

Bu barədə H.Mahbudbəyov adına Bakı şəhəri 2 saylı texniki hümanitar elmlər liseyinin direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti, tanınmış ictimai-siyasi fəal, elm və təhsil işçisi, YAP Xətai rayon Təşkilatının üzvü Nuranə Şixəliyeva özü məlumat verib. Məlumatda qeyd edilir ki:

"Mən 64 saylı Dairə Seçki Komissiyasına namizədliyimlə bağlı birdiriş ərizəsi verdiyim zaman, hələ heç kim ərizə verməmişdi və həmin dairə boş idi. Məlumat olaraq qeydiyyatda olduğum Xətai rayon YAP Təşkilatının sədri Hüseynbala Mirələmovla əlaqə yaratmaq istədim, ancaq işlərinin cox olması səbəbindən baş məsləhətçi ilə danışaraq namizədliyimi irəli sürəcəyimə dair məlumat verdim. Mən 20 ildir ki, Ümummilli Liderimiz Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyasının siralarındayam,Sizlərdən biriyəm. Bu 20 il müddətində bütün gücü, ilhamı ölməz Dahi Öndərimiz Heydər Əliyevdən, onun siyası kursunun layiqli davamçısı siyasi Liderim İlham Əliyevdən almışam. Partiyanın siravi üzvü yox, fəallıq göstərənlərdən olmuşam. İllər ərzində gördüyüm bütün işlərimlə xalqıma, millətimə, cəmiyyətimə, gənclərə yararlı olmağım və xidmət göstərməyim ən böyük həyat amalım olub. Həm siyasi, həm də, ictimai fəaliyyətim Sabirabad əhalisi ilə olan münasibətlərim, ən əsası dədə-babalarımın məzarlıqları o torpaqda olduğu üçün mənə cəsarət verirdiki, mən o dairədən namizədliyimi irəli sürüm. O dairə üzrə namizədliyi təstiq olunan, ilk imza toplama kanpaniyasını bitirən və imzaları təqdim edən namizəd olmuşam. Sonraki baş verən proseslər məni bir daha düşünüb, yeni qərar qəbul etməyimə səbəb oldu. Mən alternativ olmaq istəmədim. Belə ki, mən öz namizədliyimi mənsub olduğum partiya mənafeyi naminə, partiyaya sadiqliyimi bir daha nümayiş edərək partiyadaşlarımın leyhinə geri götürürəm. Partiya tərəfindən namizədiliyi irəli sürülən bütün namizədlərimizə və həmçinin ilk dəfə namizəd olan gənc, olduqca savadlı, potensiallı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyasının katibi Kamal Xəqani oglu Cəfərova bu seçkilərdə uğurlar arzu edirəm. 9 fevralda seçiləcək Millət vəkillərimizin gələcək fəaliyyətləri ölkəmiz və xalqımız rifahına xeyirli olmasını diləyirəm. Mən hər zaman partiya maraqlarımı şəxsi maraqlardan üstün tutmuşam. Həmçinin mənim xeyrimə imza vermiş 500 nəfərə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. İmza toplama kanpaniyasında o kəndlərin sadə əhalisi mənə sonsuz hörməy ehtiram göstərdilər. O qədir və sayğı bilən insanlara daha da möhkəm tellərlə bağlandim. İmza toplanma kanpaniyasında əziyyəti keçən, xeyr dualarını əsirgəməyən, dəyər verən, dəyər bilən bütün böyüklərimizin zəhmətkeş əllərindən öpürəm. Mənim üçün doğma və əziz olan Sabirabad seçicilərinin nəzərinə çatdirmaq istəyirəm ki, mən namizədlikdən geri çəkilsəm də, ancaq, ata babalarımın pak ruhu yaşayan və onların ruhuna hörmət bəsləyən Sabirabad camaatının, el-obamın xeyr və şərindən bir an olsun belə geri çəkilməmişəm, bundan sonra da çəkilməyəcəm. Sizlər hər zaman mənim üçün əzizsiz və torpağınızın, elinizin yetirməsi olaraq hər zaman sizlərin yanınızdayam."
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-01-2020, 10:20
Oxunub:406


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti