yüklənir...
yüklənir...

"Qarabağ" yarımfinalda - Azərbaycan kuboku

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulub.

VETENPERVERLER.AZ xəbər verir ki, bu gün daha 2 matç keçirilib. İlk olaraq "Sumqayıt" "Neftçi"ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. Birinci görüşdə 1:0 hesabı ilə qalib gələn "Sumqayıt" yarımfinala yüksəlib. Komanda ötən il də "Neftçi"ni 1/4 finalda mübarizədən kənarlaşdırmışdı.

Son oyunda isə "Qarabağ" "Keşlə"ni qəbul edib. İlk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi cavab matçında da qalib gəlib - 3:1.

Qeyd edək ki, dünən "Qəbələ" və "Zirə" yarımfinala vəsiqə qazanıb.

20 dekabr (cümə)

20:00. “Keşlə” – “Qarabağ” - 1:3
Qollar: Mahir Emreli, 20 (0:1), Xayme Romero, 40 (0:2),Xəzər Mahmudov, 67 (1:2), Toral Bayramov, 90+3 (1:3)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
“ASCO Arena”
İlk oyun - 0:1

17:00. “Sumqayıt” – “Neftçi” - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
“Kapital Bank Arena”
İlk oyun - 1:0


19 dekabr

18:00. “Sabah” – “Qəbələ” - 2:3
İlk oyun - 0:3

15:00. “Zirə” – “Səbail” - 1:0
İlk oyun - 0:0

Yarımfinal cütləri

22 aprel/29 aprel

"Qəbələ" – "Zirə"

"Sumqayıt" – "Qarabağ"
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-12-2019, 21:56
Oxunub:95


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti