yüklənir...
yüklənir...

“Google” öz xidmətlərini Türkiyədən çəkə bilər

“Google” şirkəti Türkiyənin Antiinhisar İdarəsinin haqsız rəqabət cəzasına görə iş ortaqlarına məktub yazaraq vəziyyəti düzəltməyəcəyi təqdirdə Türkiyədəki android telefonlara lisenziya verilməyəcəyini bildirib.

Antiinhisar İdarəsinin ABŞ nəhəngi “Google” barədə “haqsız rəqabətə yol açdığı” səbəbi ilə kəsdiyi cəzanın ardınca şirkətin iş ortaqlarına məktub yazdığı məlum olub. Məktubda bu vəziyyətin düzəlməyəcəyi təqdirdə Türkiyə bazarına çıxarılacaq android telefonlara şəxsi proqramlarını istifadə etmələri üçün lisenziya verməyəcəyi iddia edilib.

“Habertürk”ün məlumatına görə, Antiinhisar İdarəsi rəqabətə zidd davranma səbəbi ilə “Google” şirkətinə 7 dekabrda sanksiya tətbiq etmək qərarına gəlib.

Antiinhisar İdarəsi “Google” şirkətinin 19 sentyabr 2018-ci il tarixində İdarə Heyəti tərəfindən qoyulmuş öhdəliklərə uyğun olaraq şirkətlərlə bağladığı müqavilələrdə zəruri dəyişikliklər etmədiyinə dair nəticəyə gəlib. İdarə Heyətinin məruzəçisi tərəfindən hazırlanan məlumata uyğun olaraq edilən analiz və qiymətləndirmələr nəticəsində, android cihaz istehsalçıları ilə bağlanmış mobil tətbiq paylama sazişlərinə daxil edilmiş “Google” axtarış sisteminin əsas ekranda yerləşdirilməsinin, “Google” axtarış sisteminin cihazlarda mütləq şəkildə olmasının Rəqabətin qorunması haqqında Qanunun 6-cı maddəsini pozduğu aşkar edilib.

Antiinhisar İdarəsi, “Google” şirkətinin telefonlara quraşdırılmasını istəyən rəqib axtarış sistemi şirkətlərinin, öz proqramlarının quraşdırması üçün cihaz istehsalçılarından maddi qarşılıq istədiyini təyin edib. Bundan başqa, istifadəçi “Google” axtarış sistemini cihazdan çıxarılması üçün şirkətə lisenziya haqqını ödəyəcəyi aşkar edilib. “Google” bununla istehlakçıları rəqabətli məhsullar seçməməyə məcbur edir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:15-12-2019, 20:00
Oxunub:71


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti