yüklənir...
yüklənir...

"Göy üzü daş saxlamaz" deyən böyük şair - Etibar Toğrul yazır

Bu gün zamənəmizin Füzulisi Ramiz Rövşənin doğum günüdür.

Hər bir kəlməsində fəlsəfə, düşüncə və unikal fikir olan ustad şairimiz Ramiz Rövşən "Adamlar bir olmur atam balası" dedikdə, insanların fərqli əqidədə, fərqli vicdanda, fərqli əxlaqda olması fikrini irəli sürür. Həmçinin "Göy üzü daş saxlamaz" dedikdə, uca insanlara daş atanlara çatdirmaq istəyir ki, ruhu göylərdə dolaşan insanlara daş atma, göy üzü daş saxlamir, bir gün o daşlar öz başına yağacaq.

Ramiz Rövşən dünyasına daxil olduqda, bu dünyanı öyrəndikdə dahi bir insanla eyni zamanda yaşamağın qürurunu duyursan.

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını (1976-1978) bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.

2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.

Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahidir (2019).

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

"Bir yağışlı nəğmə", "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Gedək biz olmayan yerə", "Nəfəs - kitablar kitabı", "Göy üzü daş saxlamaz" (İkinci nəşr), "Nefes – kitablar kitabı" (İkinci nəşr), "Yağışlı nəğmə", "Sevgi məktubu kimi", "Yağış yuyur, gün qurudur", "Göyərçinim, gəl görüm" "Gizlənmişəm, tap məni" və "Sevgi açarı" kitablarının müəllifi, 16 kitabı xarici dildən Azərbaycan türkcəsinə tərcümə edən, 64 Filmoqrafiya müəllifi, bir çox şerlərinə mahnilar bəslənmiş zəmanəmizin Füzulisi Ramiz Rövşən nikbin və gələcəyə böyük ümudlərlə baxan şairdir.

Sevdim səni

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…

Öz şerlərinlə, şerlərindəki fikirlərinlə bizlərdə Səni sevdik, BÖYÜK ŞAİR. Döğum günün mübarək!
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:15-12-2019, 13:52
Oxunub:192


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti