yüklənir...
yüklənir...

İlham Əliyev Sabirabad rayonunun icra başçısını təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Siraqəddin Nəcəf oğlu Cabbarovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-12-2019, 17:57
Oxunub:195


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti