yüklənir...
yüklənir...

Təhsil Nazirliyi Tərtərdə yerləşən 10 saylı ƏMHM-də təftişə başlayıb

10 saylı ƏMHM-nin rəis müavini Tufan Səfərovun qanunsuz əməlləri Nazirliyin üç qurumu tərəfindən təftiş edilir.

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin yaradılmasının məqsədi təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməsindən ibarətdir. Eyni zamanda bu qurumun əsas vəzifəsi təhsilə ayrılan vəsaitin xərclənməsinə nəzarət etmək və büdcə mənimsəmələrinin qarşısın almaqdır.

Ancaq Tərtərdə yerləşən və Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon Təhsil Şöbələrinin maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (ƏMHM) rəhbərliyinin fəaliyyətində qanun pozuntusu, dövlət vəsaitinin mənimsənilməsi, ayrılan vəsaitlərin ünvanına çatmaması faktları üzə çıxıb. Belə ki, 10 saylı ƏMHM-dakı məmbəmizin VETENPERVERLER.AZ-a verdiyi məlumata görə, Mərkəzin rəis müavini Tufan Səfərov dövlət tərəfindən Tərtər rayon təhsil müəssisələrinə ayrılmış istilik üçün odun və peçləri ünvanına çatdırılmasını təmin etməmişdi. Tərtər məktəblərinin bir çoxunda şagirdlər soyuq hava şəraitində soyuq sinif otaqlarında əyləşə bilmədikləri halda Tufan Səfərov həmin odunları qeyri-müəyyən yerlərdə satışın təşkil edib. Bundan başqa məktəblərə test tapşırıqlarını çap etmək üçün ayrılan kağızları belə satdığı üçün, müəllimlər həmin kağızı ciblərinin pulu ilə almalı olurlar. Hətta şagirdlərin fiziki hazırlıq dərslərində istifadə etmələri üçün ayrılan futbol topları belə Tufan Səfərov tərəfindən satılır.

Tufan Səfərovun qanunsuz əməlləri bununla bitmir. Uzun müddət Tərtər rayon Maliyyə İdarəsində büdcə inspektoru vəzifəsində çalışan Tufan Səfərov həmin dövrlərdə məktəb direktorları və ərazi icra nümayəndələri ilə əlbir olub məktəbin smetasını yeyib, ştat vahidlərinin alqı-satqısı ilə məşğul olub. 2016-ci ildə isə ƏMHM yarandıqdan sonra bu qurama keçərək köhnə direktor dostlarını başına toplayaraq büdcəni talamağa başlayıb. Daha doğrusu Tərtər rayon Maliyyə İdarəsində açdığı bazarı 10 saylı ƏMHM-də davam etdirib.

Bir sözlə Tufan Səfərov 10 saylı ƏMHM-da şıdırğı bazar açıb. Bu bazardan son illər ərzində qazandığı pullar isə deyən kal armud kimi boğazında ilişib qalmaqdadir. Beləki, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun əmri ilə Nazirliyin Maliyyə, Kadrlar və Daxili Nəzarət İdarələri tərəfindən Tufan Səfərovun və bütövlükdə 10 saylı ƏMHM-nin fəaliyyəti təftişinə başlanılıb.

Dünən başlanan təftişin gedişi və yekunu barəsində sizləri də tanış edəcəyik. Bizi izləsəz Tufan Səfərovun etdiyi qanunsüz əməllərin təftiş qrupu tərəfindən necə üzə çıxacağını, həmçinin öz rəisi Malik Vəliyevin üzünə necə duracağını biləcəksiz.

Tufan Səfərovdan başqa Mərkəzin mühasibi Natiq Allahverdiyevin maliyyə fırıldaqları barəsində əlimizdə olan faktlarla sizləri tanış edəcəyik.

Araşdirmalarımız davam edir.

P.S. Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-12-2019, 11:55
Oxunub:760


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti