yüklənir...
yüklənir...

Təhsil naziri: Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır

Dekabrın 10-da Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib.

VETENPERVERLER.AZ-ın məlumatına görə, Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanı gənclər ölkəsi adlandıra bilərik:

“Ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir. Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır. Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar”.

Təhsil naziri qeyd edib ki, hazırda dünyada bir milyona yaxın insan könüllülük hərəkatına qoşulub:

“Dünyada hər yeddi nəfərdən biri könüllüdür. Azərbaycanda da könüllülüyün son illərdə geniş vüsət alıb. Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var.

Müasir dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza sirayət etdiyi bir dövrdə maraqlarımıza uyğun peşələrin seçilməsi həmin peşələr üzrə yüksək ixtisaslı mütəxəssis olması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olması kimi vacib vəzifələri özünüz üçün müəyyən etməlisiniz. Bunlar sizin üçün əsas prioritetlər olmalıdır”.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-12-2019, 16:43
Oxunub:77


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti