yüklənir...
yüklənir...

Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş barədə açıqlama verib.

RİA Novosti-nin məlumatına görə, V.Zelenski danışıqlar zamanı bir sıra güzəştlərin olduğunu deyib.

“Mən kimin qazanacağını bilmirəm, amma biz müzakirələrə yeni başlamışıq, ona görə də indi ən düzgünü diplomat olmaqdır. Gəlin, hələlik heç-heçə deyək”, - Ukrayna Prezidenti əlavə edib.

Xatırladaq ki, dünən Parisdə "Normand dördlüyü" (Rusiya, Ukrayna, Fransa və Almaniya) liderlərinin görüşü keçirilib. Görüş çərçivəsində Ukrayna və Rusiya prezidentləri bir araya gəliblər. Bu, Ukrayna və Rusiya prezidentləri səviyyəsində 2016-cı ildən bəri ilk görüşdür.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-12-2019, 16:13
Oxunub:66


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti