yüklənir...
yüklənir...

Səhiyyə Nazirliyi yanğında zəhərlənənlərlə bağlı məlumat yaydı - YENİLƏNİB

Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar dörd nəfər tüstüdən zəhərlənib.

Bu barədə VETEBPERVERLER.AZ-a Səhiyyə Nazirliyindən məlumat vetib.

Bildirilib ki, hadisə yerinə səkkiz briqada cəlb olunub.

Saat 16:05-ə olan məlumata görə səkkiz nəfərə yerində yardım göstərilib, dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Hazırda ərazidə iki təcili tibbi yardım briqadası var.


10:44


Səhiyyə Nazirliyi Bakı şəhərinin “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən VETENPERVERLER.AZ-a bildirib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş təcili tibbi yardım briqadası cəlb olunub:

“Saat 09:50-yə olan məlumata görə iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib”.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-12-2019, 17:10
Oxunub:70


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti