yüklənir...
yüklənir...

“Oqtay Əsədovun o adda nə qardaşı, nə də bacısı oğlu var”

Milli Məclisin mətbuat xidməti spiker Oqtay Əsədovla bağlı yayılan iddiaya münasibət bildirib.

“Qafqazinfo” sözügedən açıqlamanı təqdim edir:

“Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin Sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunub.

Yazıda bildirilir ki, guya, parlament Sədrinin qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub.

Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var. Milli Məclis Sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur”.

Xatırladaq ki, iddiyaya görə, Cavid Əsədov adlı şəxsin sahibi olduğu bildirilən “Arash Medical Company” MMC 9 ildə 250 milyon manatlıq tender udub. MMC-nin bu illər ərzində udduğu 366 tenderin əhəmiyyətli hissəsi Səhiyyə Nazirliyinə məxsudur.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-12-2019, 09:58
Oxunub:75


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti