yüklənir...
yüklənir...

Konstitusiya Məhkəməsi parlamentin buraxılmasına müsbət rəy verdi

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

VETENPERVERLER.AZ-ın məlumatına görə, iclasda Azərbaycan Prezidentinin Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində sorğusuna baxılıb.

İclasda sorğuya müsbət rəy verilib.

Xatırladaq ki, noyabrın 28-də Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlamışdı.

Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:4-12-2019, 13:40
Oxunub:221


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti