yüklənir...
yüklənir...

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda vətəndaşları qəbul edəcək

Dekabrın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Xızı rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli isə Sumqayıt şəhərində vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlbedilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq dekabrın 11-dək qəbula yazıla bilərlər.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:2-12-2019, 13:11
Oxunub:20


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti