yüklənir...
yüklənir...

Gələn il ölkəmizdə Beynəlxalq Turan oyunları keçiriləcək

Müsahibimiz Beynəlxalq Turan Oyunları Komitəsinin prezidenti, Dünya Alpaqut Federasiyası İdarə Heyətinin üzvü Fərid Əlizadədi.

- Fərid bəy, Dünya Alpaqut Federasiyası İdarə heyətinin üzvü kimi Bakıda keçirilmiş Alpaqut üzrə II dünya çempionatını necə qiymətləndirərdiz? Azərbaycan ev sahibi olaraq bu işin öhdəsindən gələ bildimi?


- Əlbəttə ki, ilk öncə burada iradə, güc və səriştəliyi yüksək qiymətləndirmək lazımdır. Siz bilirsiniz ki, Azərbaycan bu üçlüyün üçünü də artıq dəfələrlə hədəfləmiş və bu məsələdə yüksək nümunə göstərmişdir. 24 ölkənin və ya 3 qitənin iştirak etdiyi Dünya Alpaqut çempionatı bütün çətinliklərə baxmadan yüksək səviyyədə keçirildi. 500-dən artıq idmançı və 3 gün içində 3000-ə bərabər kütlə qarşılandı. Bu, təbii ki, 5 yaşı olan Alpaqut üçün böyük nailiyyətdir. Həm də, düşünsək ki, əlimizdə olan imkanlarla keçirilən bir yarışmada. Təbii ki, Azərbaycan dövlətinin dəstəyini hər zaman yanımızda hiss edirdik. Gənclər və İdman Nazirliyi və onun nümayəndəliyi sonadək iştirak etdilər. Sponsorlarımız yarışmaya həm dəstək, həm rəng qatdılar. Könüllülər bir başqa dəstək verdilər. Gələn qonaqlar, xarici deleqasiyalar, xüsusi dəvətlilər, beynəlxalq hakimlər və ümumilikdə bütün İdarə Heyəti, Struktur Heyəti orada təmsil olunaraq bu işdə Alpaquta böyük dəstək verdilər. Hər birinə yüksək qonaqpərvərlik göstərməyə çalışdıq və bu gün də Pakistan və İraq Federasiyaları geri dönüşlərinə qədər bizim qonağımız olmaqda davam edirlər.

- Siz həmçinin Beynəlxalq Turan Oyunları Komitəsinin prezidentisiz. Bizdə olan məlumata görə Beynəlxalq Turan yarışına hazırlaşırsiz. Bu barədə nə deyə bilərsiz?

- Beynəlxalq Turan Oyunları adından göründüyü kimi bütün Türk ölkələri coğrafiyasını qapsayan və Türk və ya Türkdilli ölkələrin xalq dilində desək "dədə-baba"dan gələn bütün idman növlərini özündə əks etdirməlidir. Burada döyüş, oxatma, at çapma, aşıq atma, qartal uçurtma və daha 10-larla geniş oyun sektorları var. Bəziləri unudulmuş və sadəcə adları məlum olaraq qalmışdır, bəziləri isə bütün qaydaları ilə bugünədək yaşayırlar. Unudulanların arasında bəlkə də ucqar kənd və ya məhəllələrdə oynanılanlar var, lakin biz bunlardan çox uzaq və xəbərsizik. İstərdik ki, onların da yarış qaydaları qədim ənənələri ilə birgə bizim Turan Oyunlarında özlərini tapsınlar və dünya çapında yarışmalarda iştirak etsinlər. Çox yaxın gələcəkdə Turan Oyunları haqda ciddi açıqlamalarımız ictimaiyətə bəlli olacaqdır.

- Fərid müəllim, Alpaqut üzrə III Dünya çempionatı Türkiyədə keçiriləcək. Siz bir müddət Türkiyədə yaşamısiz. Odur ki, bu çempionatın təşkilində Sizin qatqınız daha çox olacaq. Gələn ilki yarışla bağlı nəsə fikirləriniz və ideyalarınız varmı?


- Bəllidir ki, hər il Alpaqut Çempionatları daha təkmilləşmiş və daha möhtəşən keçirilməkdə davam edir. İlk öncələr biz beynəlxalq yarışları 5 il öncə başlarkən 2 ölkə ilə, sonralar isə, çox qısa bir müddətdə 10, 15, 18 və 24 ölkə ilə keçirməyə başladıq. Türkiyədə qısa müddət yaşayaraq Türkiyə Alpaqut Federasiyasını inkişaf etdirmək üçün əlimdən gələni əsirgəmədim və düşünürük ki, laiqli bir Federasiya qurulmasına nail olduq. Artıq 2 ildir ki, Azərbaycanda keçirilən Dünya çempionatında Türkiyə 2-ci yeri qazanmaqdadır. Halbu ki, bundan öncə Türkiyədə 4 ildir Federasiyamız olduğu halda oradakı fəaliyətimiz çox zəyif idi. 2020 ilində Türkiyə bütün dünyanı evində qəbul edəcəkdir və inanırıq ki, oradakı qardaşlarımız təşkilatçılıq və qonaqpərvərlik nöqtəyi nəzərdən yüksək addımlar atacaqdır. Bu dəfə Alpaqut Türkiyədəki evində ən az 28-30 ölkəni qarşılayacaq və ev sahibliyi edəcəkdir. Biz bu məsələdə Türkiyə Alpaqut Federasiyası Başqanı Cemal Ersoya və Dünya Alpaqut Federasiyası Texnik İşlər Başqanı Tuncay Meriçliyə yüksək güvən ilə yaxınlaşmaqdayıq. Çünki, bilirsiniz çox yaxın gələcəkdə Alpaqutun bütün Texniki sistemi dəyişərək elektronik sistemə keçiriləcəkdir və yarışmalarda hakim və başqa texnik səhvlər 98% azalacaqdır. Bu barədə ətraflı bilgilər yaxında veriləcəkdir.

- Qarşıdakı ildə, həm ölkəmizdıə keçirilməsi planlaşdırılan Beynəlxalq Turan Oyunlarının, həm də Türkiyəmizdə keçiriləcək Alpaqut Turan döyüş sənəti üzrə III Dünya çempionatının təşkilində sizə uğurlar arzu edirik.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-12-2019, 15:43
Oxunub:120


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti