yüklənir...
yüklənir...

Ruhi və DİN-dən "Qadına şiddətə son!" çağırışı

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə "Qadına şiddətə son!" şüarı altında sosial aksiya keçirilib.

VETENPERVERLER.AZ xəbər verir ki, şəhər hotellərinin birində baş tutan mərasimdə dövlət rəsmiləri, incəsənət xadimləri, media nümayəndələri iştirak edib. Aksiya qadın zorakılığı ilə bağlı video-çarxın yayımlanması ilə başlayıb.

Daha sonra tədbirin təşəbbüskarı Ruhi Əliyeva çıxış edərək qadına qarşı zorakılıqdan danışıb. O, bildirib ki, gecə 25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilib:

“Hər il bu layihəni həyata keçiririk. Son zamanlar qadınlarla bağlı ağır hadisələr baş verdi. Gözümüzün qarşısında qadınlara haqsızlıqlar olur. Əvvəllər qadınlar döyülür, təhqir olunurdu, indi isə qadınlar övladlarının gözü önündə öldürülür. Biz buna "dur!" deməliyik. Əlimizdən gələn qədər onların yanında olmalıyıq.İnanıram ki, qadına qarşı şiddət bitər və biz bir daha bu cür tədbirlər keçirmərik. Qadınların gözəl günlərini qeyd edərik”.

Daha sonra layihə çərçivəsində hazırlanan çarxlar nümayiş edilib. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva hər kəsi qadınlara dəstəyə səsləyib:

“Bu cür yanaşmaların artmasına ehtiyac var. Analar ağlayanda övladlar gülə bilmir. Hər şey yarımçıq olur. Ailələrimizi, gələcəyimizi qorumaq üçün zorakılığa son qoymalıyıq. Əgər şiddət varsa, bu ailədaxili problem ola bilməz. Əl uzatmalıyıq, dövlət qurumlarına müraciət etməliyik”.

Millət vəkili Jalə Əliyeva da çıxış edərək qadınların susduqca, daha çox şiddət gördüklərini deyib.

Xalq artisti Nəzakət Teymurova Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirinə yazılan mahnını səsləndirib.


Aktyor Kamran Yunus “Qadına əl qaldırmaq olmaz. Buna son qoymaq lazımdır. Bəzən böyük danışır, kiçik amillərdə ilişib qalırıq” sözlərini söyləyib və şeir səsləndirib.

Tədbir zamanı qadın zorakılığını əks etdirən videoçarxlar nümayiş edilib.

Gecədə eyni zamanda Saleh Bağırov, Hacı Nuran Hüseynov, Kamran Ağabalayev, Murad İsmayıl, Kobra Pərviz və digər tanınmışların iştirakı ilə “Mən sizdən üzr istəyirəm” sözünün yer aldığı çarx təqdim edilib.

Qeyd edək ki, sosial aksiyanın məqsədi şiddətə məruz qalmış qadınlara dəstək qöstərmək, xanımlara əzm hissini aşılamaq, psixoloji durumunda müxtəlif pozuntular olan insanları, xüsusilə qadına şiddət göstərənləri, eləcə də gələcək nəsli maarifləndirməkdir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-11-2019, 00:00
Oxunub:35


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti