yüklənir...
yüklənir...

Mərkəzi Bankda media nümayəndələri üçün təlim keçirildi - FOTO

Mərkəzi Bankın kommunikasiyasının mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.

VETENPERVERLER.AZ-ın məlumatına görə, bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzularında təlimlər təşkil olunur.

Bu prosesin davamı olaraq, eləcə də “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Maliyyə savadlılığının yüksəldilməsi” və “Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması” prioritetlərinin icrasına daha bir töhfə vermək məqsədilə 28 noyabr 2019-cu il tarixində mətbuat nümayəndələri üçün növbəti təlim keçirilib.

Təlim iştirakçılarına “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əsas komponentləri və Proqram çərçivəsində Mərkəzi Bank tərəfindən görülmüş işlər barədə məlumat verilib. Həmçinin, təlimdə elektron ödənişlərdə son trendlər: biometrik mühafizə, tokenləşdirmə və digər bu kimi məsələlərə xüsusi toxunulub.

Bununla yanaşı, təlimdə Mərkəzi Bankın blokçeyn layihəsi üzrə mövcud vəziyyət və perspektiv hədəflər, eləcə də Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış Məlumat Axtarış Sistemi, onun imkan və faydaları media nümayəndələrinin diqqətinə çatdırılıb.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:29-11-2019, 00:07
Oxunub:21


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti