yüklənir...
yüklənir...

“Azərbaycanlı paralimpiyaçılar Korporativ Sosial Məsuliyyət çərçivəsində yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyirlər”.

Bu sözləri Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Andrea Maria Zülh ilə görüşü zamanı bildirib.

MPK-nın ofisində baş tutan görüşdə komitə prezidenti ölkəmizdəki paralimpiya hərəkatı haqqında məlumat da verib. O qeyd edib ki, hazırda ölkəmizdə 16 paralimpiya idman növü mövcuddur. Onlardan 14-ü yay, 2-si isə qış idman növləridir.

“Bu gün bizim yay idman növlərində 7 paralimpiya çempionumuz var. Onlardan ikisi ikiqat paralimpiya çempionlarıdır. Bu gün qarşıda duran məqsədlərdən biri də qış idman növlərini inkişaf etdirmək və 2022-ci ildə Pekində baş tutacaq Qış Paralimpiya Oyunlarında iştirak etməkdir” – o əlavə edib.

İlqar Rəhimov paralimpiya hərəkatı və korporativ sosial məsuliyyət (KSM) haqqında da söz açıb. Noyabr ayının 13-də Heydər Əliyev Fondu və MPK-nın birgə təşkilatçılığı ilə KSM-ə həsr olunmuş beynəlxalq qala təqdimatın keçirildiyini deyən komitə prezidenti əlavə edib ki, paralimpiya idman növlərinin və ümumilikdə paralimpiya hərəkatının inkişaf etdirilməsi üçün KSM olduqca əhəmiyyətlidir.

“Bu gün paralimpiyaçılarımızın əsas dəstəkçisi Azərbaycan dövləti və Prezidentidir. Bununla belə, özəl şirkətlərin də sosial məsuliyyət çərçivəsində bu hərəkata dəstək olmaları vacibdir”, - o vurğulayıb.

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Andrea Maria Zülh öz növbəsində qeyd edib ki, Almaniya dövləti həm Azərbaycanda, həm də dünyada paralimpiya hərəkatının inkişafına dəstək göstərməkdə maraqlıdır.

“Biz düşünürük ki, inklüziv cəmiyyətin qurulması üçün paralimpiya hərəkatının inkişafı çox vacibdir”, - deyə o əlavə edib.

Almaniya hökumətinin Azərbaycanda qış paralimpiya idman növlərinin inkişafına dəstək göstərdiyini deyən xanım Zülh qış idman növləri üçün nəzərdə tutulan Almaniya istehsalı oturaq xizəkləri paralimpiyaçılara hədiyyə edib.

Andrea Maria Zülh, həmçinin qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən Almaniya-Azərbaycan Ticarət Palatasının da Paralimpiya Komitəsi ilə əməkdaşlığa maraqlı ola biləcəklərini deyib.

“Azərbaycanlı paralimpiyaçılar Korporativ Sosial Məsuliyyət çərçivəsində yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyirlər”.

“Azərbaycanlı paralimpiyaçılar Korporativ Sosial Məsuliyyət çərçivəsində yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyirlər”.

“Azərbaycanlı paralimpiyaçılar Korporativ Sosial Məsuliyyət çərçivəsində yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyirlər”.

“Azərbaycanlı paralimpiyaçılar Korporativ Sosial Məsuliyyət çərçivəsində yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyirlər”.

“Azərbaycanlı paralimpiyaçılar Korporativ Sosial Məsuliyyət çərçivəsində yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyirlər”.

“Azərbaycanlı paralimpiyaçılar Korporativ Sosial Məsuliyyət çərçivəsində yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyirlər”.

“Azərbaycanlı paralimpiyaçılar Korporativ Sosial Məsuliyyət çərçivəsində yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyirlər”.





скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-11-2019, 14:19
Oxunub:28


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti