yüklənir...
yüklənir...

Aqil Abbas: Bəzi QHT-lər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən çox iş görür

Milli Məclisin deputatı Aqil Abbasın mətbuata müsahibəsi:

- Aqil müəllim, növbəti ilin büdcə müzakirələrində fikir və təkliflərinizi səsləndirmədiniz. Bunun səbəbi nə idi?

- Bilirsiniz ki, deputatların çıxışı üçün reqlament təyin olunur. Düzü, vaxt qalmadığı üçün mən təklifimi səsləndirmədim. Ancaq parlamentdə belə bir qayda var ki, şifahi şəkildə təklifini deməyə vaxt qalmırsa, yazılı şəkildə təkliflərini verirsən. Mən də yazılı formada təklifimi verdim.

- Təklifiniz nədən ibarət idi?

- Təklifim bu idi ki, Nəsimi rayonunda, “Papanin” kimi tanınan ərazidə tikilməkdə olan metro stansiyası tezliklə istifadəyə verilsin. Mən görürəm ki, insanlar metroda çox əziyyət çəkir, basabas olur.

- Ümumiyyətlə, büdcə layihəsindəki proqnozlar sizi qane edirmi?

- Əlbəttə ki, qane edir. Dövlətin gücü nəyə çatırsa, onu da reallaşdırmağa çalışır. Gəlir və xərclər çox düzgün bölünüb. Mən büdcə layihəsini dəstəkləyirəm.

- Bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova quruma ayrılan vəsaitin az olduğunu dedi. Sizcə, bu Komitəyə daha çox pul ayrılması zəruridirmi?

- Mən bu Komitənin işi ilə maraqlanmamışam. Amma onu deyə bilərəm ki, bəzi QHT-lər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daha çox iş görür. Ona görə də bu cür QHT-lərə ayrılan vəsait artırılsa, daha yaxşı olar.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:26-11-2019, 13:09
Oxunub:27


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti