yüklənir...
yüklənir...

İki qat Dünya çempionu Natiq Eminovun yetirmələri Alpaqut üzrə ikinci dünya çempionatında yüksək nəticələr qazanıblar - FOTO

Bakıda keçirilmiş Alpaqut üzrə ikinci dünya çempionatında gələcəyin polis zabitləri də əzmlə mübarizə aparıblar.

AZƏRTAC-ın məlumatına görə 24 ölkədən 500-dən çox idmançının Alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə apardığı çempionatda Azərbaycan 200-dən çox idmançı ilə təmsil olunub.

Üç gün davam edən dünya çempionatında Azərbaycan milli komandasının tərkibində Daxili İşlər Nazirliyi Polis Akademiyasının fiziki hazırlıq kafedrasının müəllimi, polis leytnantı, Alpaqut üzrə Dünya kubokunun qalibi və iki qat Dünya çempionu Natiq Eminovun rəhbərliyi ilə dörd idmançı və özü medallar uğrunda mübarizə aparıb. İdmançılar Alpaqut döyüş sənətinə daxil olan kaçut (silahsız özünümüdafiə və silahlı şəxsi zərərsizləşdirmək) sistemində yarışıblar. Gərgin idman mübarizəsinin yekununda Natiq Eminov rəqiblərinə qalib gələrək yenidən Dünya çempionu olub və Azərnaycanın dövlət himnini səsləndirib. Natiq Eminovun yetirmələri, Polis Akademiyasının kursantları Bayramzadə Rəvan 1-ci, Məmmədov İsa 2-ci, Çerpanov Yəhya 2-ci, Kərimov Qalib 2-ci, yerlərə sahib olaraq, medallar qazanmışlar. Polis Akademiyasının komandası ümumilikdə 2 qızıl, 3 gümüş medal əldə etmişdilər.

Dünya çempionatının rəsmi açılış mərasimində Natiq Eminov və yetirmələri fəxri qonaqlar qarşısında nümunəvi çıxışlar etmişlər. Bu çıxışlar tədbirdə iştirak edən millət vəkilləri, digər qonaqlar və azarkeşlər tərəfindən alqışlarla qarşılanmışdı.

Qeyd edək ki, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran alpaqutçuları isə üçüncü yerə layiq görülüblər.

İki qat Dünya çempionu Natiq Eminovun yetirmələri Alpaqut üzrə ikinci dünya çempionatında yüksək nəticələr qazanıblar - FOTO
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:25-11-2019, 14:35
Oxunub:143


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti