yüklənir...
yüklənir...

Ən böyük arzum Vətənimizə, dövlətimizə layiqli vətəndaş olmaq olub - Sədaqət Şükürova yazır

Həyatimda ən böyük ugurum Şükürov Əvəzin qizi olmagimdi!

Dövlətimizə və dövlətçiliyimizə sadiq, ziyali ailəsində dünyaya gəlmişəm! Uşaqliqdan xüsusi istedadim ilə fərqləndiyim üçün 5 yaşımda 1-ci sinifə getmişəm və məktəbdə digər yaşıdlarımdan dərslərimə məsuliyyətim ən əsası yüksək zəkam ilə fərqlənmişəm. Musiqiyə yüksək həvəsim oldugu üçün Gəncə Şəhər 1 nömrəli musiqi məktəbinin fortepiano ixtisasini fərqlənmə atestatı ilə bitirdim. Ən böyük arzum Vətənimizə, dövlətimizə layiqli ən əsası xeyirli vətəndaş olmaq olub, bunun üçün ən böyük arzumu reallaşdırmaq üçün əzmlə çalışdım, universiteti fərqlənmə diplomu ilə başa vurdum, 9 illik pedaqoji fəaliyətimin 3 ilini direktorlarin işə qəbulu üzrə müsabiqəyə qatilmaga sərf etdim, kurslarda oldum, yuxusuz gecələrim, əziyyətlərim oldu. 3 il davamlı müsabiqədə iştirak edib respublika üzrə ən yüksək nəticəni əldə etdim və hər 2 il müsahibədən keçməmək məndə ruh düşkünlüyü yaratmadi, tam əksi daha da əzmlə çalışdım və bu il mən topladigim nəticəm ilə respublika 2-cisi idim!

Arzumdakı məktəbə təyinat aldim! Bunun üçün mənə dəstək olan Vahid Tagiyev ,Murad Camalzadə, Esqi Bagirov ən əsası isə cənab Nazirimiz Ceyhun Bayramov oldu! Məktəbə təyin olundugum gündən arzularimdaki məktəb və idarəçilik modelini formalaşdırmaq üçün yola başladım!

Təyin olundugum məktəbdə bu gün həm tədris, həm təlim və tərbiyə dövlətimizin tələblərinə uygun qurulmuşdur! Bacardigimi ən yüksək səviyyədə etməyə çalışıram! Çünki üzərimdə böyük məsuliyyət var və mən bu gün mənə etibar edib etimad göstərən Təhsil Nazirliyimizin etimadini dogrultmaliyam! Düşünürəm ki, idarəçi olmaq özü bir məktəbdir! Və bu insanlara gendən və irsdən keçir!

Allah qismət edərsə atamin yolunu davam etdirmək ən böyük arzumdu! Millət vəkili olmaq... Bunun üçün bu il Azərbaycan Respublikasi Prezidenti Yaninda Dövlət İdarəçilik Akademiyasinin Politologiya fakultəsinə qəbul olundum! Həm məktəb direktoru, həmdə Millət Vəkili olmaq mənim həyat yolumda qarşıma qoydugum 2 ən böyük yoldu! İnşaallah Allah qismət edərsə, arzumu reallaşdıra bilərəm! Bunun üçün mən dahi Liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyevin gənclərə etimad və inamindan daha da ruhlanib qarşıdakı illərdə arzularimin hər birini reallaşdıracagima daha çox inaniram!

Məktəbsiz həyatimi təsəvvür etmirəm və peşəmi çox sevirəm!

Ən böyük arzum Vətənimizə, dövlətimizə layiqli  vətəndaş olmaq olub - Sədaqət Şükürova yazır

Ən böyük arzum Vətənimizə, dövlətimizə layiqli  vətəndaş olmaq olub - Sədaqət Şükürova yazır



скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-11-2019, 19:10
Oxunub:236


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti