yüklənir...
yüklənir...

Gənc yazar ölkə başçısından kömək istəyir-MÜRACİƏT

Gənc yazar Tural Qəlbinur ölkə Prezidenti İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.

Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım Əliyeva!

Diqqətinizə çatdırm ki,atam Alməmmədov Ziyaddin İbrahim oğluna məxsus Sumqayıt şəhəri 9-cu mikrarayon mənzil 31-də yerləşən 2 otaqli ev artiq 27 ildir ki ,Qubadlıdan məcburi köçkün gəlmiş Zeynalova Bəsti tərəfindən zəbt edilib.Baxmayaraq ki,dövlətimiz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşıdırılması üçün xeyli işlər görüb.Ancaq bu ailə yenə də evimizi tərk etmir.

Atam o evi almaq üçün sağlamlığını qurban verərək 2-ci qrup əlil olub.Biz illərdir kirayələrdə çox çətin şəraitdə yaşayırıq.Mən tələbəyəm ,həm oxuyuram ,həm də işləyrəm.Şəraitsizlikdən dərslərimi vaxtlı-vaxtında çatdıra bilmirəm.

Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım Əliyeva!


Biz dəfələrlə Sizə rəsmi qaydada məktubla müraciət ünvanlamışıq.Müraciətimiz bu işlərlə məşğul olan orqanlara göndərilsə də bizə heç bir köməklik göstərilməyib.Şəxsən mən bir gənc kimi arıq tükənmişəm,yorulmuşam.

Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım Əliyeva!

Üzümü Sizə tuturam,nə olar bizə kömək edin!Aidiyyatı qurumlar heç olmasa evimizi indi qaytarsınlar özümüzə.Axı öz şəxsi evimiz ola-ola biz 27 ildir kirayələrdə sürünürük.Yer xəstəsi olan atamın öz dişi,dırnağı ilə aldığı mənzildə yaşamaq haqqı yoxdur? Həqiqətən,müvafiq dövlət qurumlarına yazmaqdan,müraciət etməkdən yorulduq.Belə çıxır ki,mənim artıq üzümü tutacağım,kömək istəyəcəyim heç kim yoxdur.Biz də qalan ömrümüzü öz evimizdə yaşamaq istəyirik .

Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım Əliyeva!


Çox xahiş edirəm bizə kömək edin!Son ümid yerimiz Sizsiniz…

Hörmətlə,Gənc yazar,tələbə Tural Qəlbinur
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-11-2019, 16:07
Oxunub:154


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti