yüklənir...
yüklənir...

Gözündə sevgi, qəlbində kin bəsləyən qadın - Etibar Toğrul yazır

(ESSE)

Gecədən xeyli keçmişdi... Bütün şəhər sanki yuxuda idi. Hər axşam həyətdəki insanların və maşınların səsindən əsər əlamət belə yox idi.

Nərmin neçə saat kompüterin qarşısında oturduğunu belə unutmuşdu. Öz şəxsi Facebook səhifəsində yeni statuslar payıaşmaqla məşğul olan Nərmin nə etdiyinin fərqinə belə varmırdı. Səhifəsində hansı status paylaşdığını, nələr yazdığını sanki qeyri ixtiyarı edirdi. Bir onda anladıki 20-dən artıq lazımsız statuslar paylaşıb.

Bu gecə Nərmin yuxusunu ərşə çəkdirən və onu təbii halından çıxardan gecə keçməmiş saat 23:00 da Messsenger vasitəsi ilə ona gələn mesaj oldu. Mesaj Nərminin bir zamanlar "sən mənim üçün ən dəyərli insansan" dediyi və özündən 15 yaş böyük olan bir kışıdən gəlmişdi.

Bunlar müxtəlif şəhərlərdə yaşayırdılar. Onları 280 km məsafə ayırırdı. Ancaq qəlbləri o qədər yaxın olub ki, sanki hər ikisi əlin uzatsa, əllərinin hərarəti bir-birinə keçərdi.

Altı ay idiki bir-birinin səsin eşitmirdilər. Bir gündə 5-6 dəfə zəng edib səsin eşitdiyi, hər gün saysız hesabsız mesajdaşdığı kışının son altı ayda həm vatsapp və messsenger vasitəsi ilə yazmış olduğu üst-üstə 226 ədəd mesaja cavab yazmamışdı. Nərmin bu mesajları hər gün yenidən oxuyar və sayardı. Şöləni bu gecə özündən çıxardan 226-ci mesajda yazılmışdı:
"Sənə son altı ayda yazdığım mesajların heç birinə cavab yazmadın. Qəlbində mənə qarşı bu qədər kin olduğunu heç təsəvvür etməzdim. Ancaq bəzən öz-özümə düşünürəm ki, əgər sənin qəlbində bu kin nifrətdən doğubsa, o halda məni bloka salmalıydın və mənim sənə mesaj yazmağımı əngəlləyərdin. Bunu etmədiyin üçün inanıram ki, sən bu altı ay müddətində mənim yazdığım mesajları dönə-dönə oxumusan və cavab verməməklə məni sinağa çəkirsən. Bir növü mənim səbrimi yoxlayırsan.
Bunu dəqiq bilki, mənim sənə qarşı istəyim gün işığına bənzər, nə qədər basdırsan da yenə yerin üzündədir.
Gecən xeyrə. Röyada görüşərik!"
Nərmin sonuncu mesajı bir neçə dəfə oxumuşdu... Bu mesajdan sonra kompüterin qarşısında ayrılmamışdı. Həyat yoldaşı və iki övladının nə vaxt yuxuya keçməyindən belə xəbəri olmamışdı. Gözü saata sataşanda sabahın açılmasına bir neçə saat qaldığını gördü. İndi yadına düşdü ki, saat səkkizə kimi uşaqları məktəbə yola salmalı, özü isə çalışdığı təhsil müəssisəsinə işə getməlidir. Ancaq yatmağa heç həvəsi yox idi. Sanki görəcəyi röyadan qorxurdu...

Kömpüteri söndürmədən masadan ayrılan Nərmin qeyri-ixtiyari pəncərəyə yaxınlaşdı. Pərdəni aralayıb gecənin zülmət qaranlığını seyr etmək istədi. Otağın pəncərəsi küçəyə baxırdı. Pəncərədən çoxda aralıda olmayan magistiral yol görünürdü. İşıq dirəklərindən düşən işıqlar yolu qismən nurlandırırdı. Gündüzlər saysız-hesabsız maşınların şütüdüyü bu yolda bu an ara sıra yük maşınları, paytaxta sərnişin daşıyan böyük avtobuslar keçirdi. Magistral yoldan binalarına tərəf bir minik avtomobilinin dayandığını Nərmin indi gördü. Çünki maşın yoldan 50-60 metr bəridə qaranlıq yerdə dayanmışdı. Maşının ön faralarının yanıb sönməyi Nərminin diqqətini cəlb etdi. maşının işığı Nərmingilin düz pəncərəsinə düşürdü.

Kompüterdən gələn mesaj səsi Nərmini pəncərənin önündən ayırıb, kompüter masasına yaxınlaşdırdı. Dərhal messsengerə daxil olan Nərmin mesajı oxudu:
"Niyə yatmamısan?"
Bu mesaj Nərmini diksindirdi və öz-özünə dedi:
- Odu. Maşının işığın yandırıb söndürən odu.
Həyacandan ürəyi titrəyən Nərminin qəlbi az qala yerindən çaxacaqdı. Son altı ay mesajlarına cavab vermədiyi kışının onu görmək üçün gəldiyinə bilmirdiki sevinsin, yoxsa əsəbləşsin. Ancaq, bu həyacan deyəsən sevinc həyacanı idi...

Çox keçmədiki həmin şəxsdən növbəti mesaj gəldi:
"Gördümki rətdəsən, bildim yatmamısan, ona görə maraq etdim ki, bu vaxtı niyə oyaqsan?"

Nərmin bu dəfə də onu saf məhəbbətlə sevən kışının mesajına cavab yazmadı. Masanın arxasından qalxaraq yenidən pəncərənin önünə gəldi. Bayaq ön fanarını yandırıb söndürən maşın artıq gözə dəymirdi. Nərmin bir neçə an həmin avtomobili görmək istəyi ilə gözünü ətrafa gəzdirdi. Ancaq heç bir tərəfdən maşın işığı gəlmirdi.
- Yox, o deyilmiş - deyən Nərmin pəncərədən aralaşıb divana çökdü.
****
(Ardı var)
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-11-2019, 01:10
Oxunub:134


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti