yüklənir...
yüklənir...

Qənirə Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib

Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.

Şimali Makedoniyada MATÜSİTEB - Makedoniya Türk Sivil Toplum Teşkilatları Birliğinin bu ölkənin Mədəniyyət nazirliyinin dəstəyi ilə təşkil etdiyi, Balkan ölkələrindən və qardaş Türkiyədən gəlmiş çoxlu sayda millət vəkillərinin, siyasətçilərin, aydınların, fəal gənclərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən 5-ci Yahya Kemal Beyatlı Şiir Festivalının açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva ölkəmizin tarixi, bu günü, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, Azərbaycan-Makedoniya münasibətlərinin getdikcə daha da inkişafından danışıb. Millət vəkili Q.Paşayeva həmçinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsindən də söz açıb: “Ermənistan Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarını törədib.

Minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirmir. 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir.” Millət vəkili Q.Paşayeva Azərbaycan həqiqətlərinin Şimali Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində makedoniyalı ictimai-siyasi xadimlərin, şair və yazarların, gənc fəalların, aydınların, QHT və KİV təmsilçilərinin öz səylərini daha da artıracağına inandığını dilə gətirib. O bildirib ki, harada doğulub harada yaşamasından, entik mənsubiyyətindən və dini kimliyindən asılı olmayaraq ədalətin, insanlığın yanında olan hər bir insan Ermənistanın törətdiyi vandadlizm aktlarına, soyqırımlara laqeyd qalmamalı, buna qarşı öz etiraz səsini ucaltmalı və ədalətin, Azərbaycanın haqlı mübarizəsinin yanında olmalıdır. Millət vəkili Q. Paşayeva tədbir zamanı onlara Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar təqdim edib və onları Azərbaycana dəvət edib. Millət vəkili Q.Paşayeva tədbirdən sonra Şimali Makedoniyanın, Balkan ölkələrinin və qardaş Türkiyənin bir sıra KİV-nə müsahibələr verib və onları maraqlandıran sualları da cavablandırıb.

Qənirə Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib

Qənirə Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-11-2019, 21:49
Oxunub:214


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti