yüklənir...
yüklənir...

Baş Prokurorluq və DİN Gəncədə valyutadəyişmə məntəqəsinin işçisinin qətli ilə bağlı məlumat yayıb

Noyabrın 11-də gecə saat 01 radələrində Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin ediib.

İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Nicat Dajban Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən M.Əliyev valyutadəyişmə məntəqəsinin işçisi olub.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-11-2019, 14:01
Oxunub:49


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti