yüklənir...
yüklənir...

Parlament jurnalistləri cəbhə bölgəsində bayraq aksiyası keçiriblər

Parlament Jurnalistlər Birliyi (PJB) Dövlət Bayrağı Günü münasibətilə cəbhə bölgəsində aksiya keçiriblər.

VETENPERVERLER.AZ xəbər verir ki, birlik üzvləri bu məqsədlə Bərdə, Ağdam, Tərtər, Goranboy və Göygöl rayonlarında olub, sakinlərlə görüşüblər.

PJB üzvləri aksiyanı Bərdədən başlayıblar. Burada Azərbaycan qadınının qəhrəman nümayəndələrindən biri, XII əsrdə Bərdənin hökmdarı olmuş Nüşabənin şəhər mərkəzində qoyulan abidəsi ziyarət olunub.

PJB üzvləri rayonunun mərkəzində bir neçə məkanda olaraq, yerli sakinlərə bayraq paylayıblar.

Onlar Bərdədən sonra ərazisinin 70 faizindən çoxu erməni işğalında olan, birinci Qarabağ müharibəsində minlərlə şəhid verən Ağdam bölgəsinə, Quzanlıya və məcburi köçkünlər üçün İmamqulubəyli kəndi ərazisində salınan şəhərcikdə olublar.

Həmin gün burada məskunlaşan məcburi köçkün ailələrinin birinin övladının toy mərasimi keçirilib. PJB üzvlərindən bir neçəsi qurumun rəhbəri Elşad Eyvazlı ilə birlikdə toy məclisinə qatılıb. Onlar yeni qurulan ailəni, bəylə-gəlini, onların yaxınlarını, məclis iştirakçılarını həm toy günü, həm Dövlət Bayrağı Günü münasibəti ilə təbrik ediblər. Həmçinin bəyə üçrəngli bayrağımızı hədiyyə ediblər.

Ağdamdan sonra növbəti dayanacaq qəhrəman Tərtər rayonu olub. Cəbhə bölgəsi olan Tərtərdə ilk andan Dövlət Bayrağı Gününün əsl ab-havası hiss olunub. Küçələrdə, rayonun mərkəzi yerlərində, bütün dövlət binalarının üzərində dövlət bayraqları asılıb, mərkəzi meydanda müxtəlif mahnılar, marşların sədası eşidilib. Rayon sakinləri ilə müxtəlif məkanlarda görüşən PJB üzvləri özləri ilə gətirdikləri bayraqları onlara hədiyyə veriblər.

Bundan sonra Parlament Jurnalistlər Birliyinin üzvləri cəbhə bölgəsindəki daha bir ünvana, düşmən qarşısında illərdir mətinliklə duruş gətirən Goranboya səfər ediblər. Burada da yalnız məmnunluq yaradan bayraq sevgisi müşahidə olunub. Aksiya zamanı yerli sakinlərə, xüsusilə, məktəblilərə bayraq paylanılıb, onlarla söhbətlər aparılıb. Goranboyda da həmin gün toy məclisi keçirilən bəy-gəlinə bayraq hədiyyə olunub.

Bayraq aksiyası Göygol rayonunda yekunlaşıb. PJB üzvləri rayonun girişində əllərində Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqlarını dalğalandıran atlılarla qarşılaşıblar.

Jurnalistlər onlarla görüşərək, xatirə fotosu çəkdirib, bu addımlarına görə təşəkkürlərini bildiriblər.

Göygöllü gənclər PJB-yə belə bir aksiyaya görə minnətdarlıqlarını bildirib, üçrəngli bayrağımızla bağlı xoş duyğular yaradan sözlər söyləyiblər.

Bununla da, PJB-nin daha bir aksiyası başa çatıb.

Parlament jurnalistləri cəbhə bölgəsində bayraq aksiyası keçiriblər

Parlament jurnalistləri cəbhə bölgəsində bayraq aksiyası keçiriblər
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-11-2019, 12:09
Oxunub:64


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti