yüklənir...
yüklənir...

Səndən uca tək Tanrıdır, bayrağım - Etibar Toğrul yazır

Bir kərə yüksələn bayraq, bir daha enməz!
M.Ə.Rəsulzadə.


Bayraq qürurumuz, şərəfimiz, canını Vətənə fəda edənlərin son libasıdır. Bu gün ölkəmizdə dövlət Bayrağı Günü qeyd edilir. Sevindirici haldır ki, ildən ilə 9 noyabr tarixi ölkəmizdə daha geniş çəkildə qeyd edilir və xalqımızın həyatında ən əhəmiyyətli bayramlar sırasına daxil olur.

Bayrağı sevmədən, ona yüksək dəyər vermədən Vətəni sevmək olmaz. Başımızın üzərində dalğalanan bayrağın altındakı torpaq bizim üçün Vətəndir və cənnətdir. Bayraq dalğalandığı an kimsə qürur hissi keçirmirsə, demək o şəxsin Yaradanına belə sevgisi yoxdu.

Vətən eşqi bayrağı sevməkdən keçir. Bayraq bizim müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidir. Beynəlxalq tədbirlərdə iştirak edən hər bir dövlət rəhbərinin harada dayanmasını və harada əyləşməsini işarə verən məhz dövlət bayraqlarıdır. Dünyanın siyasi arenalarında açılan bayraqlar həmin dövlərlərin varlığını isbat edir.

Bayraq həm də əmanətdir. 101 il bundan öncə yoxdan dövlət quran, bayraq qaldıran babalarımızın bizə ənanətidir. Hər kəsə bəllidir ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub və o tarixdən 27 aprel 2020-ci ilədək bayrağımız ölkəmizin hər yerində dalğalanıb. O gündən sonra üçrəngli bayrağımız vətənpərvər insanların qəlbində dalğalanmağa başlayıb. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. Bu oraq-çəkicli bayraq rəsmi olaraq 70 il yaşada. Ancaq üçrəngli, ay ulduzlu bayrağımızı nə oraq biçə bildi, nə çəkic əzə bildi. 68 il istiqlal düşüncəli insanların sandığında qorunub saxlanan üçrəngli bayrağımız 1988-ci ildə meydanlarda dalğalanmağa başladı. Bu bayraq Xalq Azadlıq Hərəkatına vüsət verdi və bayrağımızn gölgəsi altında meydanda milyonlarla insan AZADLIQ hayqırdı.

1990-cı il noyabrın 17-də isə Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

Acılı tale yaşamış bayrağımız bu gün dünyanın siyasi və idman arenalarında dalğalanmaqdadır. Dövlətimizin başçısı bu bayraq altında dünya birliyinə və mənfur düşmənlərə qətiyyətli bəyanatlar verməkdədir. İdmançılarımız əzmli qələbələrdən sonra məhz bu bayraq altında qürurla dayanırlar. Bu gün körpələrimiz uşaq baxçalarında, məktəblilərimiz təhsil aldıqları orta məktəblərdə, hərbi xidmətə başlayan gənclərimiz, müxtəlif peşəni seçən mütəxəsislərimiz və nəhayət siyasi qələbə qazanıb prezident vəzifəsinə seçilən dövlət başçısı öz kursusundə əyləşməmiş diz çökərək üçrəngi bayrağımızı öpürlər.

Bəli, bizim şanımız, şərəfimiz, qürurunız, əsgərimizin və Ali Baş Komandanımızın önündə diz şökdüyü, Vətən fədailərinin son libasıdır üçrənli bayrağımız.

Bayraq Bayramınız mübarək! Hər birimizə, son libasımız üç rəngli BAYRAQ olması arzusu ilə...
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-11-2019, 12:04
Oxunub:106


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti