yüklənir...
yüklənir...

Azərbaycan və Türkiyə hərbi əməkdaşlıq protokolu imzaladı

Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası öz işini başa vurub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantıda Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda iclasının yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

Bu formatda növbəti görüşün gələn il Türkiyədə keçirilməsi planlaşdırılır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-11-2019, 13:05
Oxunub:14


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti