yüklənir...
yüklənir...

"Qarabağ" APOEL önünə azarkeşsiz çıxacaq

"Qarabağ" komandası Kiprdə APOEL-ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur matçına azarkeşsiz çıxacaq.

VETENPERVERLER.AZ-ın "SigmaLive" nəşrinə istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisinin rəhbərliyi öz tərəfdarlarına bilet almamağı üstün tutub. Klub mümkün gərginliyə risk etməmək üçün bu addımı atıb.

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:5-11-2019, 23:40
Oxunub:18


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti