yüklənir...
yüklənir...

Fiziki güc və məfkurə birləşəndə - Etibar Toğrul yazır

Bu gün MÜQƏDDƏS DÖYÜŞÇÜ məfkurəsinə sahib Tegin Rafiq Qasımovun doğum günüdür.

Alpaqut Turan döyüş sənəti... Bu gün ölkəmizdə bu döyüş sənətinin nəyi və hansı amallara xidmət etdiyi çoxlarına bəllidir. Beş il bundan öncə Türkün qədim döyüş sənətini sintez edərək Azərbaycanda idman növü kimi yaradan Kutsan Vasif Namazov bəlkə də bilməzdiki beş il sonra ALPAQUT adlı böyük bir orduya rəhbərlik edəcək. Bəli bu gün Alpaqut adında nəinki ölkəmizdə, həmçinin Turan ölkələrində idman Federasiyaları formalaşıb.

Ölkəmizdə bu idman növünün önündə gedənlərdən, bu döyüş sənətinin mahiyyətini, amalını, məfkurəsini sevə-sevə uşaq və yeniyetmələrə aşılayan Tegin rütbəsinə sahib Rafiq Qasımovdur. Bu gün bu tanınmış idmanşının, idman pedaqoqunun doğum günüdür.

Kimdir Rafiq Qasımov?
Rafiq Qasım oğlu Qasımov 1984 -cü ildə Azərbaycanın qədim diyarı olan Laçın rayonunun Qorçu kəndində dünyaya gəlib. Buz bulaqları suyun içərək, yamaclarda yürüyüb yöxılaraq böyüyən Rafiq 1991-ci ildə doğma kəndlərindəki məktəbdə birinci sinifə gedib. Bir il sonra Laçın rayonu işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilməsi səbəbindən minlərlə azərbaycanlı kimi 8 yaşlı Rafiqində qismətinə köçkünlük düşür. Ondan sonra orta təhsilini ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərən Laçın rayonun köçkün məktəblərində davam etdirir. İlk baxışdan sakit oğlan təsiri baxışlayan Rafiq öz fiziki gücü ilə yaşıdlarından fərqlənirdi. Ancaq heç zaman öz gücünü gücsüzlərin üzərində sınamayıb. Ədalət hissi ta uşaqlıqdan bu oğlanın məsləki olub. 11-ci sinifi Bakı şəhərində fəaliyyət göstərən 20 saylı Laçın rayon köçkün tam orda məktəbində bitirən Rafiq Qasımov 2002-ci ilin aprel ayında hərbi xidmətə yollanıb və 2003-cü ilin oktyabr ayında hərbi xidmətdən tərxis olunub.

İdmana 14 yaşından başlayan Rafiq həm Azərbaycanda, həmdə Rusiyada müxtəlif idman növləri ilə məşğul olub və peşəkar idman ustalarından idmanın sirrlərini öyrənib.

Rusiyanın Sankt Peterburq şəhərində ali təhsil alaraq, hüquqşunans ixtisasına yiyələnib. 2015-ci ildən ustadı Rasim Eyvazovun vasitəçiliyi ilə Azərbaycan Alpaqut Federasiyasına qoşularaq Federasiyanın Laçın filialını yaradaraq, həmin filiala rəhbərlik edib.

2016- ilin may ayından Federasiyanın baş katibi vəzifəsində çalışıb. 2018-ci ilin 4 iyul tarixindən isə Alpaqut Federasiyası regionların inkişafı üzrə vitse prezidenti vəzifədə çalışır. Alpaqut Turan Döyüş Sənəti üzrə 5-ci san qara kəmər ustasıdı. Dünya Alpaqut Federasiyasının Professional Liqanın rəhbəridir.

Tegin Rafiq Qasımovun yetirmələri Alpaqut üzrə keçirilən Dünya çepionatında və ölkə əhəmiyyətli yarışların hamısında medallar qazanıblar.

Yetirmələrini müqəddəs döyüşçü ruhunda inkışaf etməsi üçün yorulmadan, usanmadan çalışır. O, yetirmələrinə fiziki güclə, məfkurənin bir arada olmasının vacıbliyini çatdırır. Elə bu səbəbdən də onun yetişdirdiyi idmançılar vətənpərvər, dövlətə, bayrağa sayğılı gənclər kimi yetişir.

Dəyərli idmançımızı doğum günü münasibəti ilə təbrik edir, ona həm şəxsi həyatda, həmdə idman həyatında yeni-yeni uğurlar və ən başlıcası doğma Laçın dağlarında Alplar üçün seminar keçirtməyi arzu edirəm.

Hədəflədiyin yolu sonadək getmək üçün Tanrı yar və yarımçın olsun, dəyərli məsləkdaşımız!

Fiziki güc və məfkurə birləşəndə - Etibar Toğrul yazır

Fiziki güc və məfkurə birləşəndə - Etibar Toğrul yazır

Fiziki güc və məfkurə birləşəndə - Etibar Toğrul yazır

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-11-2019, 15:48
Oxunub:98


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti