yüklənir...
yüklənir...

Təhsil naziri Ceyhun Bayramov Ağdam məktəbinin direktoruna töhmət verib

"VETENPERVERLER.AZ" saytının vaxtı ilə tənqin etdiyi məktəb direktoru vaxtı ilə cəzalandı.

Təhsil Nazirliyindən bildirib ki, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovanın qanunsuz əməlləri barədə Təhsil Nazirliyinə daxil olmuş elektron müraciətlər əsasında yerində araşdırma aparılıb.

Araşdırma nəticəsində məktəb binasının qəzalı vəziyyətdə olması ilə bağlı Abşeron rayonu, Höküməli qəsəbəsi, Koroğlu küçəsində fərdi sahibkara məxsus binanın qeyri-rəsmi icarəyə götürüldüyü və icarə haqqının müəllim kollektivindən yığılaraq sahibkara ödənildiyi, məktəbin təsərrüfat işləri üzrə direktor müavininin işə qəbulu zamanı qanunvericiliyin tələblərinin pozulduğu, şagirdlərin yerdəyişməsi və sinifdən-sinfə keçirilməsi qaydalarına riayət edilmədiyi məlum olub.

Müvafiq məsələ ilə bağlı Təhsil nazirinin əmrinə əsasən məktəb direktoru Nərgiz Zeynalovaya əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Fuad Zeynalov isə tutduğu vəzifədən azad edilib.

Saytımızın vaxtilə toxunduğu məsələlər Təhsil Nazirliyi tərəfindən ciddi sürətdə araşdırılir və tədbirlər görülür.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-10-2019, 19:07
Oxunub:272


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti